Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-728/2025 14.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1450 manat məbləğində pulun, eləcə də 35 manat ödənilmiş dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Cavabdeh 2022-ci ilin sentyabr ayının 12-dən həmin ilin sentyabr ayının axirına kimi 1 kq 20 qepik olmaqla 5500 kq qarpız (1100 manat), 1 torbası 10 manat olmaqla 20 torba soğan (200 manat) və 1 kq 50 qepik olmaqla 600 kq kartof (300 manat) satmışdır. Cavabdeh qeyd etdiyi cəmi 1600 manat borcundan ona həmin ay 150 manat qaytarmış, qalan 1450 manat pulu çox qısa müddətdə qaytaracağını öhdəsinə götürmüşdür. Onu inandıraraq və etibarından sui-istifadə edərək cavabdeh 1450 manat borcunu ödəməkdən yayınaraq müxtəlif bəhanələrlə borclu oldugu 1450 manat qaytarmayıb. Cavabdeh hazırda Qarabağ zonasında işləməklə özünün deməsinə görə 1200 manat əmək haqqı alsa da borcunu ödəmir. Hesab edir ki, 1450 manat va dövlət rüsumuna görə ödədiyi 35 manat pul tam məbləğdə Cavabdeh alinaraq ona verilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı: İddiaçı ilə Cavabdeh arasında 2022-ci ilin sentyabr ayında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ərzaq məhsullarını Cavabdeh satmışdır, sonuncu isə aldığı malların pulunu ona ödəmək öhdəliyini öz üzərinə götürmüş, lakin İddiaçı dediyinə görə bu öhdəliyi icra etməmişdir. İş materialları: İddiaçı apardığı qeydlər vərəqinin surətindən görünür ki, Cavabdeh adının qarşısında 1450 yazılmışdır. DVD diskə köçürülmüş səs yazılarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında telefon vasitəsi ilə danışıqlar aparılmış, həmin danışıqlar əsnasında sonuncu İddiaçıa 1450 manat məbləğində borcunun olduğunu etirəf etmiş, borcunu hazırda ödəyə bilməyəcəyini, imkanı olanda ödəyəcəyini bildirmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
Məhkəmə iclasında müəyyən edildi ki, əvvəllər Cavabdeh ilə İddiaçı işgüzar adətlərə əsasən meyvə-tərəvəz məhsulların alqı-satqısı işi ilə məşğul olmuşlar. 2022-ci ilin sentyabr ayının 12-dən başlayaraq həmin ayın sonuna kimi Cavabdeh İddiaçı 1600 manat dəyərində məhsullar almış və yalnız 150 manat ödəmişdir. Qalan 1450 manatı sonra ödəyəcəyini bildirmiş lakin ödəməmişdir. Bu faktı təsdiq edən yeganə sübut iş materiallarına əlavə edilmiş Cavabdeh etirafedici səs yazısıdır. Bundan başqa məhkəmə onu da vurğulamaq istəyir ki, məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmiş, məhkəməyə iddia tələbinə dair etiraz verməmiş, borcun mövcudluğunu və onun məbləğini mübahisələndirməmişdir. Belə olan məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1450 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, 35 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova