Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-756/2021 21.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, iddiaçı LPO KredoBank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO KredoBank ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2647.04 manat əsas kredit borcu, 1169.94 manat faiz borcu, 397.01 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz və 1424.37 manat cərimə borcu olmaqla, cəmi 5638.36 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO KredoBank ASC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2015ci il tarixli, 2018 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 28% dərəcəsi ilə 3000 (Üç min ) manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini ödəniş cədvəlinə əsasən tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında 11 sentyabr 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1-ci bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərcləri ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavabdehlərə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilə şərtlərini pozaraq ödəmələri vaxtında yerinə yetirməmişlər. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, 11 sentyabr 2015ci il tarixdə iddiaçıdan 3000 manat kredit götürmüşdür. Maddi imkanı olmadan iddiaçıya olan kredit borcunu ödəyə bilməmişdir. Qeyd edilən kredit borcunu iddiaçıya hissə-hissə ödəyəcəkdir. Lakin iddiaçının ondan cərimə tələbini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, KredoBank ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 28% olmaqla 3000 manat məbləğində kredit verlmişdir. Məhkəməyə təqdim edilmiş 11 sentyabr 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə LPO KredoBank ASC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 və Cavabdeh3 kredit alan Cavabdeh1 borc məbləğinə görə LPO KredoBank ASC qarşısında öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin müddəti 11.09.2017-ci il tarixədək qüvvədə olmuşdur. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə KredoBank ASC arasında 11 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 28% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 11 sentyabr 2015-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və o kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh3 ilə KredoBank ASC arasında zaminlik müqavilələrinin müddəti 11.09.2017-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 29.03.2021-ci il tarixdə yəni qanunla müəyyən edilmiş bir il müddət sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə KredoBank ASC arasında bağlanmış zaminlik müqavilələrinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı KredoBank ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehdən 1424.37 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 4.37 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2647.04 manat əsas kredit borcu, 1169.94 manat faiz borcu, 397.01 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz və 4.37 manat dəbbə pulu olmaqla, cəmi 4218.36 manat kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO KredoBank ASC-yə ödənilməli, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2647.04 manat əsas kredit borcu, 1169.94 manat faiz borcu, 397.01 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz və 4.37 manat dəbbə pulu olmaqla, cəmi 4218.36 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO KredoBank ASC-nin hesabına keçirilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-756/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-756/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver