Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-758/2021 27.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı Dəmir Bank ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh1 iştirakı ilə, kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO DəmirBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2786.62 manat əsas kredit borcu, 1835.73 manat faiz borcu, 3986.26 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 386.10 manat olmaqla, cəmi 8994.71 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İş üzrə iddiaçı LPO DəmirBank ASC-nin nümayəndəsi qismində izahat vermiş Nümayəndə tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə DəmirBank ASC arasında 03.12.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24 faiz olmaqla 36 ay müddətinə 3500 manat kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə DəmirBank ASC arasında 03.12.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1nın banka cəmi 1969.36 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə qismən təmin, Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 03.12.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında illik 24 faiz olmaqla 36 ay müddətinə 3500 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 03.12.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Dəmir Bank ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin müddəti 03.12.2017-ci il tarixədək qüvvədə olmuşdur. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında 03.12.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 faiz olmaqla 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 03.12.2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və o kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə "xxxx" ASC zaminlik müqaviləsinin müddəti 03.12.2017-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə bir il müddət keçdikdən sonra yəni 10.09.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, "xxxx" ASC zamin Cavabdeh2 qarşı hazırki iddia ilə müraciət edərkən qanunda nəzərdə tutulmuş 1 illik müddəti ötürmüş, həmin müddət 03.12.2017-ci il tarixdə bitdikdən 2 ildən artıq keçdikdən sonra yəni 10.09.2020-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehdən 3986.26 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 6.26 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı LPO DəmirBank ASC-nin Cavabdeh1 qarşı tələbi təmin edilməli, Cavabdeh1 2786.62 manat əsas kredit borcu, 1835.73 manat faiz borcu, 6.26 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 386.10 manat olmaqla, cəmi 5014.71 manat kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq LPO DəmirBank ASC-yə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 2786.62 manat əsas kredit borcu, 1835.73 manat faiz borcu, 6.26 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 386.10 manat olmaqla, cəmi 5014.71 manat və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO DəmirBank ASC-nin hesabına keçirilsin. İddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-758/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-758/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver