Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-767/2021 22.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı FİNCA Azerbaijan MMM QBKT-nın nümayəndəsi X1 iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: FİNCA Azerbaijan MMM QBKT ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2108.96 manat əsas kredit borcun 533 manat faiz borcu olmaqla cəmi 2641.96 manat kredit borcunun və 30 manat dövlət rüsumunun FİNCA Azerbaijan MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. FİNCA Azerbaijan MMM QBKT-nın nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 30.12.2019-cu il tarixdə Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 faiz olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq, kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin və faizlərinin borclu tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Cavabdeh1 ilə bağlanmış müqavilənin təminatı kimi 30.12.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. 30.12.2019-cu il tarixli kredit müqaviləsi Covid-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli sərəncamına əsasən 03.06.2020-ci il tarixli sazişə əsasən restrukturizasiya olunmuş və öhdəliyin icrası 2108.96 manat müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1nın cəmi 2641.96 kredit borcu vardır. Məhkəməyə mürciət edərkən 30 manat dövlət rüsumu ödənmişdir. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən borc məbləği banka qaytarılmamışdır. İş üzrə cavabdehlərə məhkəmə bildirişləri vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş FİNCA Azerbaijan MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 32 faiz olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş 30.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 oğl ilə FİNCA Azerbaijan MMM QBKT arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alan Cavabdeh1 borc məbləğinə görə FİNCA Azerbaijan MMM QBKT qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə FİNCA Azerbaijan MMM QBKT arasında 30.12.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 32 faiz olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 30.12.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit alan Cavabdeh1 zamin durmuşdur. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, Cavabdeh1 bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müştərək məsuliyyət daşıyır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Hazırda iddiaçı cavabdehlərdən kredit borcu tələb edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 bankla bağladığı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müştərək məsuliyyət daşıdığından iddiaçı borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2108.96 manat əsas kredit borcun 533 manat faiz borcu olmaqla cəmi 2641.96 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MMM QBKT-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2108.96 manat əsas kredit borcun 533 manat faiz borcu olmaqla cəmi 2641.96 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MMM QBKT-na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-767/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-767/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver