Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-768/2021 18.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, cavabdeh X2 iştirakı ilə, iddiaçı FİNCA Azerbaijan MMM QBKT-nın cavabdehlər X4 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki işə Göyçay şəhərində 18 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: FİNCA Azerbaijan MMM QBKT ərizə ilə məhkəməyə müraciət edərək, X1 və Cavabdeh2 müştərək qaydada 2184 manat əsas kredit borcun, 462 manat faiz borcun, 102.64 manat cərimə borcu olmaqla cəmi 2748.64 manat kredit borcunun və 30 manat dövlət rüsumunun FİNCA Azerbaijan MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. FİNCA Azerbaijan MMM QBKT-yə məhkəmə bildirişləri vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. FİNCA Azerbaijan MMM QBKT ərizəni belə əsaslandırmışdır ki, 02.10.2019-cu il tarixdə X5 ilə bağlanmış kredit müqaviləsinə əsasən X4 illik 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq, kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin və faizlərinin borclu tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. X5 ilə bağlanmış müqavilənin təminatı kimi 02.10.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. X5 üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə X2 cəmi 2748.64 kredit borcu vardır. Məhkəməyə mürciət edərkən 30 manat dövlət rüsumu ödənmişdir. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən borc məbləği banka qaytarılmamışdır. Cavabdeh X5 iddianı qəbul edərək göstərmişdir ki, FİNCA Azerbaijan MMM QBKT ilə 02.10.2019-cu ildə müqavilə bağlamış və ona 3000 manat kredit verilmişdir. Ona kredit verilərkən Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Maddi imkanı olmadığından krdit borcunu ödəyə bilməmişdir. İddiaçıya olan kredit borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə Cavabdeh2 məhkəmə bildirişləri vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş FİNCA Azerbaijan MMM QBKT ilə X5 arasında bağlanmış 02.10.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, X4 illik 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş və borc öhdəliyinin təmini kimi Cavabdeh2 ilə FİNCA Azerbaijan MMM QBKT arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh X5 ilə FİNCA Azerbaijan MMM QBKT arasında 02.10.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və X4 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 02.10.2019-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit alan X4 zamin durmuşdur. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, X3 bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müştərək məsuliyyət daşıyır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Hazırda iddiaçı cavabdehlərdən kredit borcu tələb edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 bankla bağladığı zaminlik müqaviləsinə əsasən X5 ilə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müştərək məsuliyyət daşıdığından iddiaçı borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı FİNCA Azerbaijan MMMM QBKT-nin cavabdehlərdən 102.64 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 2.64 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 2184 manat əsas kredit borcun, 462 manat faiz borcun, 2.64 manat cərimə borcu olmaqla cəmi 2648.64 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MMM QBKT-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 2184 manat əsas kredit borcu, 462 manat faiz borcu, 2.64 manat cərimə borcu olmaqla cəmi 2648.64 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MMM QBKT-na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-768/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-768/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver