Məhkəmə qərarları › İş №2(046)-778/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-778/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-778/2020 19.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə cavabdeh ona müraciət edərək, təsərrüfatında ətlik üçün bəslədiyi bir baş iri buynuzlu dananı almaq istədiyini, qısa müddət ərzində pulu ödəmək şərtilə iri buynuzlu dananı alacağını bildirmişdir. Cavabdeh təsərrüfatında olan dananı 1500 manata almağa razılaşmış və xx.xx.2020-ci il tarixdə razılaşdıqları məbləği, yəni 1500 manatı ödəyəcəyinə vəd vermişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə dəyərini ödəmək şərtilə bir baş iri buynuzlu dananı aparmış, lakin vəd verdiyi vaxtda həmin dananın dəyərini ödəməmişdir. Dəfələrlə cavabdehdən 1500 manatı ödəməsini tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Bundan sonra DİN 102 xidmətinə zəng edərək bu barədə bildirmiş, müraciəti əsasında Göyçay rayon Polis şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılmış, araşdırma zamanı cavabdeh ona 1500 manat borcu olmasını etiraf etmiş, verilmiş məlumatda cinayətin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etdiyi barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2020 iribuynuzlu dana almış, aldığı dananın dəyəri olan 1500 manatı iddiaçıya ödəyə bilməmiş və iddiaçıya borlcu qalmışdır. Borclu olduğu 1500 manatı İddiaçı yaxın müddətdə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı nisyə iribuynuzlu dana almış, iddiaçıya 1500 manat məbləğində borclu qaldığını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 1500 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar