Məhkəmə qərarları › İş №2(046)-787/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-787/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-787/2023 21.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 06 may 2021ci il tarixli, GYK5809661 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1170 (min yüz yetmiş) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu, 07 oktyabr 2021-ci il tarixli, GYK6152363 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən 1395 (min üç yüz doxsan beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 42 (qırx iki) manat faiz borcu və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilə alqı-satqı müqavilələri üzrə borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə alqı-satqı qiyməti 1818 manat olan məişət avadanlığına görə ödənilməmiş 1170 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə alqı-satqı qiyməti 1429 manat olan məişət avadanlığına görə ödənilməmiş 1395 manat borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixli müqavilə üzrə 300 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 42 manat cərimə borcu vardır. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1818 manat olan məişət avadanlığı satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 15 ay müddətinə dəyəri 1429 manat məişət avadanlığı satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, müqavilə üzrə ödənişləri etməmiş, iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 300 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 100 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun iddia təmin edilən həddə 47.07 manatı cavabdehdən alınaraq İddiaçı MMC -yə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə 06 may 2021-ci il tarixli, GYK5809661 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 1170 (min yüz yetmiş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 07 oktyabr 2021-ci il tarixli, GYK6152363 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən 1395 (min üç yüz doxsan beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 42 (qırx iki) manat faiz borcu və 47.07 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06 may 2021-ci il tarixli, GYK5809661 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1170 (min yüz yetmiş) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 07 oktyabr 2021-ci il tarixli, GYK6152363 saylı nisyə alqı- satqı müqaviləsinə əsasən 1395 (min üç yüz doxsan beş) manat əsas borc, müqavilə üzrə hesablanmış 42 (qırx iki) manat faiz borcu cəmi 2.707 manat və 47.07 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar