Məhkəmə qərarları › İş №2(046)-8/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-8/2025

04.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-8/2025 04.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X19 Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı cavabdehlər Cavabdeh1 Müsarif oğluna, Cavabdeh2 Müsarif oğluna, X2, X7, X8 və Cavabdeh6 Muxtar oğluna qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəsində olan Göyçay rayonu Yalman kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin ətrafına mərz (hasar) çəkilməsinə, eləcə də həmin torpaq sahəsindən istifadə etməyinə cavabdehlər Cavabdeh1 Müsarif oğlu, Cavabdeh2 Müsarif oğlu, X3, X9, X12 və Cavabdeh6 Muxtar oğlu tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Yalman Bələdiyyəsi ilə bağlanmış xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə əsasən 50 il müddətinə Göyçay rayonu Yalman kəndi ərazisindən 2.0 ha torpaq sahəsi icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi əsasında istifadə hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların X13 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İstifadə hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, sözügedən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. İcarə müqaviləsi üzə öhdəliyini icra edərək, hər il icarə haqqını ödəyir. Bir neçə ay bundan öncə icarəsində olan torpaq sahəsinin ətrafına mərz çəkmək qərarına gəlmiş və bu məqsədlə torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara uyğun olaraq mütəxəssislər tərəfindən naturada döngə nöqtələrinin koordinatları ona tanıdılmış və mərz nişanları basdırılmışdır. Həmin nişanlara uyğun olaraq, torpaq sahəsinin ətrafına mərz (hasar) çəkmək məqsədi ilə qazıntı işlərinə başlamışdır. Bu zaman cavabdehlər əraziyə gələrək, icarəsində olan torpaq sahəsinin Göyçay rayonu Kürdəmiş bələdiyyəsinin mülkiyyətinə aid olduğunu, sözügedən torpaq sahəsinin qanunsuz olaraq icarəsinə verildiyini, bu səbəbdən torpaq sahəsinin ətrafına mərz (hasar) çəkilməsinə, eləcə də torpaq sahəsindən istifadə edilməsinə imkan verməyəcəklərini bildirdilər. Əraziyə Göyçay rayon Yalman və Kürdəmiş kənd bələdiyyəsinin sədrləri gəlmiş, mübahəsinin obyektiv həll olunması üçün əraziyə Azərbaycan Respublikası DƏDKR Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları dəvət edilmişdir. Mütəxəssislər tərəfindən hüquqmüəyyənedici sənədlər əsasında araşdırma aparılmış və müəyyən etmişlər ki, icarəsinə verilmiş torpaq sahəsi Göyçay rayonu Yalman bələdiyyəsinin mülkiyyətində olmaqla Yalman kəndi ərazisində yerləşir və icarə müqaviləsi əsasında onun istifadəsindədir. Lakin buna baxmayaraq cavabdehlər işin həqiqi halları ilə razılaşmayaraq, öz qanunsuz hərəkətlərində israrlı dayanmışlar. Nəticədə cavabdehlər icarə hüquqlarını pozaraq, torpaq sahəsindən təyinatı üzrə istifadə elməyinə və ətrafına mərz (hasar) çəkilməsinə manelər yaradırlar. İşin hallarından göründüyü kimi, cavabdehlər icarəsində olan torpaq sahəsinin ətrafına mərz (hasar) çəkilməsinə maneələr yaradır, eləcə də torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməyinə imkan vermir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 Müsarif oğlu, Cavabdeh2 Müsarif oğlu, X3, X9, X12 və Cavabdeh6 Muxtar oğlu məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Göyçay rayon Ləkçıplaq bələdiyyəsinin və Göyçay rayon Kürdəmiş bələdiyyəsinin nümayəndələri məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6ci maddəsinə əsasən işə nümayəndələrin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X13 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Yalman kəndində yerləşən 2 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 18 nömrəli vərəqəsində İddiaçı adına icarə hüququ əsasında qeydə alınmışdır. Göyçay rayonu, Yalman kəndində yerləşən 2 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə əsasən 50 il müddətinə İddiaçı icarəyə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/1592 saylı ekspert rəyindən görünür ki, Hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrində **********74 saylı çıxarışla Göyçay rayonu, Yalman bələdiyyəsinin adına qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Koordinatları müəyyən edilmiş 2,0 ha torpaq sahəsinin 1,94 ha hissəsi Göyçay rayonu, Kürdəmiş kənd ərazi vahidi torpaqlarına (Cəyirli bələdiyyəsi), 0,06 ha hissəsi isə Göyçay rayonu, Yalman kənd ərazi vahidi torpaqlarına düşdüyü müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, hüquqların X13 daşınmaz əmlakın Dövlət reyestrində **********4 saylı çıxarışla Göyçay rayonu Yalman bələdiyyəsinin adına qeydiyyata alınmış 2,0 ha torpaq sahəsinin verilməsinə əsas olan Göyçay rayonu Yalman bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 9/3 saylı qərarı ilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0003 kadastr nömrəli (blank nömrəsi A 226987) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 2,0 ha torpaq sahəsinin koordinatları **********74 saylı çıxarışın koordinatları ilə fərqli ərazidə yerləşir. Belə ki, iddiaçının naturada göstərdiyi 2,0 ha torpaq sahəsi ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0003 kadastr nömrəli (blank nömrəsi A 226987) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 2,0 ha torpaq sahəsi konfiqaurasiya fərqləri ilə və yerləşmə ilə bağlı uyğunsuzluqlar olmaqla (mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir) Yalman kənd ərazi vahidi torpaqlarında yerləşir və iddiaçının naturada göstərdiyi 2,0 ha torpaq sahəsinin 1,06 ha hissəsi **********0003 kadastr nömrəli (blank nömrəsi A 226987) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 2,0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi 2,0 ha torpaq sahəsi ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0003 kadastr nömrəli (blank nömrəsi A 226987) “Torpaq sahəsinin plasnı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 2,0 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi 2,0 ha torpaq sahəsi ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş **********0003 kadastr nömrəli (blank nömrəsi A 226987) “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 2,0 ha torpaq sahəsi Yalman bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı torpaqlara aiddir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu, Yalman kəndində yerləşən 2.0372 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/1679 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin xx.xx.2025-ci tarixli, 3-21-3-36/2-455/2025 mütəxəssis rəyinə əsasən Yalman kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mütəxəssis tərəfindən naturada müəyyən edilərək, Göyçay Rayon Məhkəməsinin nümayəndəsinə naturada tanıdılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsinin 23 iyun 2025-ci il tarixli, 3-21-3-36/2-1933/2025 saylı məktubundan görünür ki, idarənin mütəxəssəsi Müşfiq Qasımov xx.xx.2025-ci tarixdə Göyçay rayonu Yalman kəndi ərazisində yerləşən, İddiaçı icarəsinə verilmiş (**********74 reyestr nömrəli) 2.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını iddiaçının nümayəndəsinə (vəkilinə) və baxışda iştirak edən digər şəxslərə naturada göstərilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-cü maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icarəçi icarə müqaviləsinə uyğun olaraq özünün təsərrüfat fəaliyyətini müstəqil müəyyənləşdirir, məhsuluna və əmlakına sərbəst sərəncam verir. İcarəçinin icarəyə götürdüyü torpaq üzərində hüququnun mühafizəsi mülkiyyətçinin hüququnun mühafizəsi ilə eyni əsasda təmin edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində aşağıdakıları həyata keçirməlidirlər: 21.2.1. ərazinin səmərəli təşkili; 21.2.2. torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yaxşılaşdırılması; 21.2.3. torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan, şoranlaşmadan, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, digər dağıdıcı proseslərdən qorunmasını təmin etmək; 21.2.4. kənd təsərrüfatı bitkiləri altında olan torpaqları kol-kos basmaqdan, torpaqların mədəni-texniki vəziyyətini, habelə meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini pisləşdirən digər proseslərdən qorunması; 21.2.5. yararsızlaşmış kənd təsərrüfatı torpaqlarının münbitliyinin bərpa edilməsi üçün onların konservasiya edilməsi; 21.2.6. korlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası); 21.2.7. təsərrüfat fəaliyyəti nəticəsində torpaqların korlanması ehtimalı labüd olarsa onların münbit qatının götürülməsi və təkrar istifadə edilməsi. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarda göstərilmişdir ki,“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. X17 Hüquqları Məhkəməsi «X14rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçının iradəsinin ziddinə olaraq əmlakına dair hüquqlarının həyata keçirilməsinə cavabdehin (cavabdehlərin) maneələr yaratması onun həmin əmlaka olan hüquqlarını "şərti və qeyri-sabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehlər X4,X12,Cavabdeh1 Müsarif oğlu izahatlarında İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin Kürdəmiş Bələdiyyəsinə aid olan torpaq sahəsi olmasını,həmin torpaq sahəsinin kənd sakinlərinə məxsus mal-qaranın örüş torpaqları olmasını ,həmin torpaq sahəsində hər hansı işlərin görülməsinə ona görə razı olmadıqlarını bildirmişlər.Beləliklə iddiaçının icarəsinə verilmiş torpaqdan istifadəyə cavabdehlər tərəfindən maneələr törədildiyindən və bu maneələr işin araşdırılmış hallarında da öz təsdiqini tapdığından,məhkəmə hesab edir ki,cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən,maneələr aradan qaldırılmalı,iddiaçının mülkiyyətinə cavabdehlər tərəfindən qəsd edilən hərəkətlərə son qoyulmalıdır.Belə ki,iddiaçının icarə müqaviləsi hüququndan irəli gələn hüququnun Göyçay rayonu Yalman kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələr, iddiaçının əmlakı üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, bu pozuntu aradan qaldırılmalı, Göyçay rayonu Yalman kəndində yerləşən 2.0 ha həyətyanı torpaq sahəsinin ətrafına mərz (hasar) çəkilməsinə, eləcədə həmin torpaq sahəsindən istifadə etməyinə cavabdehlərin yaratdığı maneələr aradan qaldırılmalı, bununla da iddia təmin olunmalıdır. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi isə aşağıdakı qaydada həyata keçirilməlidir. Məhkəmə nəzərə alır ki, iddia təmin edildiyindən, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının aparılması üçün cəmi 150 manat ekspertiza xərcindən, cəmi 250 manatdan ibarətdir. Beləliklə məhkəmə xərcləri cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh1 Müsarif oğlundan, Cavabdeh2 Müsarif oğlundan, X1, X5, X6 və Cavabdeh6 Muxtar oğlundan dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilməli, cəmi 150 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı icarəsində olan Göyçay rayonu Yalman kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin ətrafına mərz (hasar) çəkilməsinə, eləcə də həmin torpaq sahəsindən istifadə etməsinə cavabdehlər Cavabdeh1 Müsarif oğlu, Cavabdeh2 Müsarif oğlu, X3, X9, X12 və Cavabdeh6 Muxtar oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 Müsarif oğlundan, Cavabdeh2 Müsarif oğlundan, X1, X5, X6 və Cavabdeh6 Muxtar oğlundan dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 Müsarif oğlundan, Cavabdeh2 Müsarif oğlundan, X1, X5, X6 və Cavabdeh6 Muxtar oğlundan cəmi 150 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar