Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-812/2023 29.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, İddiaçı nümayədəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Göyçay şəhəri İbrahim Göyçaylı küçəsi 11 saylı ünvanda yaşayan Cavabdehə Fikrət qızı arasında bağlanmış 16 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəyə görə iddia ərizəsindən və işdə olan sənədlərə göoə bir tərəf fərdi sahibkar,digər tərəf isə hüquqi şəxs inzibati orqandır.Mübahisə isə fərdi sahibkar və hüquqi şəxs arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı icarəyə götürülmüş torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədardır.Mübahisə həm subyektiv tərkibinə,həm mübahisənin predmetinə,həm də hüquq münasibətlərinin xarakterinə görə kommersiya mübahisəsidir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmişdir. Etiraza görə qanunvericiliyə əsasən məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Məhkəmə aidiyyəti müəyyən edilən zaman mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Mübahisə predmetini təşkil edən icarə müqaviləsinin ləğvi tələbi İddiaçı sahibkarlıq fəaliyyətindən irəli gəlmir və yaxud inzibati orqanın sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. İddiaçı vergi ödəyicisi kimi VÖEN-lə qeydə alınsa belə mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, icarə müqaviləsi bağlanarkən cavabdeh fərdi sahibkar statusu əldə etməmiş, yalnız müqavilə bağlandıqdan xeyli müddət sonra xx.xx.2022-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh elektron kabinet vasitəsi ilə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs,mübahisənin bu və ya başqa məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda,hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İşə əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 dekabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki,ünvan 2 ünvanda yerləşən sahəsi 665,0 kvadrat metr olan torpaq sahəsi İddiaçı tərəfindən 15 il müddətinə sahibkarlığın inkişafı məqsədilə Cavabdeh icarəyə verilmişdir. Ərizəyə əlavə edilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh xx.xx.2022-ci il tarixdə 9 saylı Ərazi Vergilər İdarəsində uçota alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə icarəyə verilmiş torpaq sahəsinin təyinatının sahibkarlığın inkişafı məqsədilə olmasını, Cavabdeh fərdi sahibkar statusuna malik olmasını,beləliklə tərəflərin subyekt tərkibini ,mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini, bu meyarların hər üçünün qarşılıqlı bağlılığını nəzərə alıb, hesab edir ki, mülki işə müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 1, 24, 26, 32, 263,264,268-ci maddələrini rəhbər tutuaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin dövlət mülkiyyətinə qaytarılması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-812/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-812/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver