Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-816/2024 14.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, İddiaçıb oğlunun Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçıb oğlu iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək ona məxsus doğum haqqında şəhadətnaməsində ad qrafasında Elnur, soyad qafasında Əliyev, ata adı qrafasında Həbib oğlu kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçıb oğlunun ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh 26 dekabr 2023-cü il tarixli İddiaçıb oğlunun vəkili Nümayəndə ünvanlanmış məktubundan görünür ki, İddiaçıb oğlunun növbəti dəfə ad, soyadın dəyişdirilməsi ilə bağlı ərizəyə baxılmışdır. Vətəndaşın soyadının növbəti dəfə dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçıb oğlu Cavabdeh 26 dekabr 2023-cü il tarixli imtina məktubundan İnzibati məhkəməyə müraciət etməli olduğu halda rayon məhkəməsinə müraciət etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçıb oğlunun Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıb oğluna hazırki tələb üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçıb oğlu tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i m: İddiaçıb oğlunun Cavabdehnə qarşı ad və soyadın dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıb oğluna hazırki tələb üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçıb oğlu tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçıb oğluna qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-816/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-816/2024
14.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver