Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-846/2020 26.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «xxxxxxxxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxxxxxxxx» QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 239.96 ABŞ dolları faiz və 98.34 ABŞ dolları cərimə olmaqla, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları əsas, 1318.93 ABŞ dolları faiz və 530.51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 8476.39 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 həmin əmrə etiraz vermiş və bununla əlaqədar Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə qeyd edilən əmr ləğv edilmiş və iddia icratına keçirilmişdir. İddiaçı «xxxxxxxxxx» QSC sonradan iddia tələbinin həcmini artıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» QSC-nin xeyrinə 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 715.30 ABŞ dolları faiz və 1039.99 ABŞ dolları cərimə olmaqla cəmi 2738.75 ABŞ dolları borcun, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları əsas, 3989.95 ABŞ dolları faiz və 5558.21 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 14853.35 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh1 ilə «xxxxxxxxxx» QSC arasında bağlanmış 26L000000792 saylı kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları kredit xətti açılmışdır. xx xxxx 2014-cü il tarixdə «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000005749 saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 26R000005749S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx xxxx 2014-cü il tarixdə «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış 26R000005604 saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 26R000005604S, xx.xx.2015-ci il tarixli 26R000005604SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında xx xxxxxx 2012-ci il tarixdə, Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 715.30 ABŞ dolları faiz və 1039.99 ABŞ dolları cərimə olmaqla cəmi 2738.75 ABŞ dolları borc, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları əsas, 3989.95 ABŞ dolları faiz və 5558.21 ABŞ dolları cərimə olmaqla, cəmi 14853.35 ABŞ dolları borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, «xxxxxxxxxx» QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx xxxx 2014-cü il tarixli kredit razılaşmasından görünür ki, «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında aylıq 2.1667 faiz olmaqla 24 ay müddətinə 2500 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli sazışdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş xx xxxx 2014-cü il tarixli kredit razılaşmasından görünür ki, «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında aylıq 2.1667 faiz olmaqla 24 ay müddətinə 13000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli sazışlərdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklərə zaminlər də imzalamışdır. Təqdim edilmiş sübutlardan görünür ki, «xxxxxxxxxx» QSC ilə Cavabdeh1 arasında 26R000005749 saylı kredit razılaşması üzrə aylıq 2.1667 faiz olmaqla 24 ay müddətinə 2500 ABŞ dolları və 26R000005604 saylı kredit razılaşması üzrə aylıq 2.1667 faiz olmaqla 24 ay müddətinə 13000 ABŞ dolları kredit verilməsi barədə müqavilələr bağlanmış, həmin müqavilələrnin təminatı kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqavilələri bağlamış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli 5018 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 «xxxxxxxxxx» QSC-nə xx.xx.2014-cü il tarixli kredit razılaşmsı üzrə əsas borc 983.46 ABŞ dolları, faiz borcu 239.96 ABŞ dolları və xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 5305.19 ABŞ dolları əsas, 1318.93 ABŞ dolları faiz borcu təşkil edir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın hər iki kredit razılaşması üzrə faiz borcu tələbinə dair hissədə ekspert rəyini sübut kimi qəbul edir və cavabdehlərdən müştərək qaydada ekspert rəyində göstərilən qədər faiz borcu tutulmalıdır. İddiaçı «xxxxxxxxxx» QSC-nin cavabdehlərdən 26R000005749 saylı kredit razılaşması üzrə 1039.99 ABŞ dolları cərimə və 26R000005604 saylı kredit razılaşması üzrə 5558.21 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və hər kredit razılaşması üzrə dəbbə pulunun 10 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, 145 manat ekspertiza xərci və dövlət rüsumun kəsiri olan 10 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, «xxxxxxxxxx» QSC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 239.96 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1233.42 ABŞ dolları, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları 1318.93 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 6634.12 ABŞ dolları, ümumilikdə 7867.54 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxx» QSC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26R000005749 saylı kredit razılaşması üzrə 983.46 ABŞ dolları əsas, 239.96 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 1233.42 ABŞ dolları, 26R000005604 saylı kredit razılaşması üzrə 5305.19 ABŞ dolları 1318.93 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 6634.12 ABŞ dolları, ümumilikdə 7867.54 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası manatı məzənnəsi ilə 20 manat ödənilmiş dövlət rüsumu tutularaq «xxxxxxxxxx» QSC-nin hesabına keçirilsin. Cavabdeh1 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza xərci 145 manat Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-846/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-846/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver