Məhkəmə qərarları › İş №2(046)-848/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-848/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-848/2022 11.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat məbləğində borc pulun və 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Qızılağac kəndində mülkiyyətində olan torpaq sahəsində yetişən xurma meyvəsini sataraq, ailəsini dolandırır. 2020-ci ildə mövsüm vaxtı 10.000 manat dəyərində yetişdirdiyi xurma meyvəsini cavabdehin vasitəsi ilə Göyçay rayonu Cəyirli kənd sakini Ariz Alışova qısa müddət ərzində ödəmək şərti ilə nisyə satmışdır. Ariz Alışov vəd verdiyi vaxtda, yəni 2020ci ilin dekabr ayının axırlarında aldığı xurma meyvəsinin dəyərini ona çatdırmaq üçün Cavabdeh vermiş, lakin cavabdeh həmin pulu ona çatdırmamışdır. Bundan xəbər tutan kimi cavabdehlə əlaqə saxlayıb 100000 manatı verməsini tələb etsə də, Cavabdeh maddi imkanı aşağı olduğu üçün Ariz Alışovdan aldığı pulu xərclədiyini, yaxın müddət ərzində pulu qaytaracağını bildirmişdir. 1 ildən aıtıq müddətdir ki, cavabdeh ona məxsus 10000 manatı ödəmir və götürdüyü öhdəliyi icra etməkdən qərəzli boyun qaçırır. 2021-ci ilin avqust ayında yenidən Cavabdehla görüşüb, ona borclu olduğu pulu qaytarması mövzusunda söhbətlər apararkən yənə də borclu olduğu pulu qısa müddət ərzində qaytaracağını, bunun üçün ona biraz vaxt lazım olduğunu, borcu qaytarmaq üçün ona imkan yaratmağımı xahiş etmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya məxsus xurma meyvəsini nisyə olaraq Ariz Alışova satmış, Ariz Alışov həmin xurma meyvəsininin dəyəri olan 10.000 manat pulu İddiaçı çatdırılması üçün ona vermişdir. Maddi imkanı aşağı olduğudan həmin 10.000 manat pulu xərcləmişdir. İddiaçıya olan borcunu tezliklə qaytaracaqdır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş 25.08.2021-ci il tarixli izahatdan görünür ki, İddiaçı çatası olan 10.000 manat pulu X1 almış, lakin müxtəlif səbəblərə görə həmin pulu İddiaçı verməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı məxsus 10.000 manat pulu öz şəxsi mənafeyi üçün xərcləmiş, həmin pulu iddiaçıya verməmişdir. İddiaçı məxsus 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 120 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 10.000 manat pul və 120 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar