Məhkəmə qərarları › İş №2(046)-852/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-852/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-852/2020 03.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştiraki ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Ağdaş rayonundan “Şuluq” ləqəbi ilə tanıdığı X1 ona Göyçay rayonunda tanışı olduğunu ondan xurma meyvəsi ala biləcəyini bildirmişdir. 2018-ci ilin noyabr ayında Xaləddin Hüseynovla Göyçay rayonunun Şəhadət kəndinə getmiş və həmin kəndlə həmsərhəd Qarabağlar kəndində yaşayan Cavabdeh ilə görüşmüşdür. Cavabdeh Şəhadət kəndində bir neçə həyətdən ucuz qiymətə xurma yığdırdığını, pulunu verdiyini, həmin xurmaların yeşiyini 6 manata ona sata biləcəyini bildirmişdir. Cavabdehə 200 ABŞ dolları məbləğində beh vermişdir. Ertəsi gündən başlayaraq 3 gün ərzində 1400 ədəd yeşiyə xurma yığmış və məhsul qablaşdırıldıqdan sonra cavabdehə məhsulun tam dəyərini ödəmişdir. 200 ABŞ dolları məbləğində beh də daxil olmaqla cavabdehə 7700 manat pul vermişdir. Bundan əlavə cavabdehin xahişi ilə ona çatdırması üçün şəriki olan Xaləddin Hüseynova yaşadığı evdə 600 manat pul vermişdir. xx.xx.2018-ci il tarixdə saat 09 radələrində cavabdehin yaşadığı həyətə getmiş, lakin yığılmış xurma meyvələrini həyətdə olmamışdır. Mehrabdan meyvələrin harada olduğunu soruşanda meyvələri Ənvər adlı şəxsə satdığını bildirmişdir. Belə olduğu halda cavabdehdən pulu qaytarmağı tələb etmiş və cavabdeh həmin gün axşam saat 17-dək pulunu qaytaracağına söz vermişdir. Lakin bu günə qədər həmin pul ona qaytarılmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2018-ci ilin noyabr ayında iddiaçı ilə 2000 yeşik xurma meyvəsi satacağı ilə bağlı razılığa gəlmiş, ondan 7200 manat pul almışdır. Lakin sonradan həmin xurmanı başqa şəxsə satmışdır. İddiaçıya 7200 manat pulu qaytarmamışdır. İddiaçının ondan ümumilikdə 8500 manat tələb etməsini əsassız hesab edir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 7200 manat məbləğində pul verərək xurma meyvəsi satılacağı barədə razılığa gəlmişdir. Cavabdeh qeyd edilən xurma meyvəsini iddiaçıya satmamış, iddiaçıdan qəbul etdiyi 7200 manat pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə iclası zamanı cavabdeh iddiaçıya 7200 manat borclu olduğu pulu qaytarmadığını etiraf etmiş, iddiaçı isə cavabdehə 8500 manat məbləğində pul verdiyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdehin məhkəmə baxışı zamanı etiraf etdiyi həddə təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 7200 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələblər üzrə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7200 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar