Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-856/2023 09.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 950.52 manat dəymiş ziyanın ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianı təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı İB iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 11 sentyabr 2022ci il tarixdə saat 16 radələrində idarə etdiyi “KAMAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi zamanı avtomobil İddiaçı İB-nin X4 İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin balansında və istismarında olan, Ucar rayonunun Boyat kəndinin ərazisindən keçən D-225 və D-219 mm-lik orta təyziqli qaz kəmərlərini qırmışdır. Hadisə nəticəsində kəmərdə 20 sm dəlik yaranmış,1 ədəd polietilen turbalardan metala keçid qırılaraq yararsız hala düşmüş və orta təyziqli qaz kəmərindən təxminən 2 saat ərzində təbii qaz havaya uçmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın hesablanması zamanı ‘Azəriqaz” İstehsalat Birliyinə ümumilkdə 950.52 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Bura qaz kəmərinin qırılması və təmiri zamanı itkiyə getmiş təbii qazın dəyəri daxildir. Baş vermiş hadisənin araşdırılması, İddiaçınə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla Ucar rayon Polis şöbəsinə müraciət edilmiş,Ucar rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli,187-21478-1222 nömrəli məktubla baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş İnzibati tənbeh vermə haqqında Qərarın surəti X4 İstismarı İdarəsinə təqdim edilmişdir. Bundan başqa 03 fevral 2023-cü il tarixdə İddiaçı Ağsu RQİİ- nə dəymiş ziyanın ödənilməsi üçün Cavabdeh da xəbərdarlıq edilməsinə baxmayaraq, keçən müddət ərzində Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir əməli addım atılmamışdır. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 11 sentyabr 2022-ci il tarixində, saat 16 radələrində idarə etdiyi “KAMAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş qaz itkisinin hesabatıdan görünür ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X4 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə ümumilikdə 950.52 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 11 sentyabr 2022-ci il tarixində, saat 16 radələrində idarə etdiyi “KAMAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı "İddiaçı İB-nin X4 İstismar İdarəsinin Ucar Xidmət Sahəsinin balansında və istismarında olan, Ucar rayonunun Boyat kəndinin ərazisindən keçən D-225 və D-219 mm-lik orta təyziqli qaz kəmərlərini qırmış, nəticədə qaz itkisi baş vermişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehdən 950.52 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2.-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 950.52 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 950.52 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-ə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-856/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-856/2023
09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver