Məhkəmə qərarları › İş №2(046)-861/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-861/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-861/2020 01.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «xxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 330.51 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 12 faiz olmaqla 36 ay müddətinə 2228 manat kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə BOKT «xxxxxxxx» MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Cavabdeh1 banka 330.51 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, BOKT «xxxxxxxx» MMCdən kredit götürmüşdür. Maddi imkanı olmadığından banka olan borcunu ödəyə bilməmişdir. Banka olan borcunu ödəyəcəkdir. İş üzrə Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, Cavabdeh1 ilə iddiaçı BOKT «xxxxxxxx» MMC arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehə zamin durmuşdur. İş üzrə cavabdehlərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1 arasında illik 12 faiz olmaqla 36 ay müddətinə 2228 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1nın borc məbləğinə görə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019cu il tarixli bildirişdən görünür ki, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 12 faiz olmaqla 36 ay müddətinə 2228 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və kredit alan Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən Cavabdeh1 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT «xxxxxxxx» MMC-nin iddiası təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 330.51 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq BOKT «xxxxxxxx» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 330.51 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxxxxxx» MMC -nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar