Məhkəmə qərarları › İş №2(046)-862/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-862/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-862/2024 06.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Bank Respublika ASC-nin cavabdehlər X1 və X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Respublika ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 2421.54 Abş dolları əsas kredit borcu, 253.24 Abş dolları faiz borcu, 162.97 Abş dolları cərimə borcu olmaqla cəmi 2837.75 Abş dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən 2421.54 Abş dolları əsas kredit borcu, 253.24 Abş dolları faiz borcu, 162.97 Abş dolları cərimə borcu olmaqla cəmi 2837.75 Abş dolları kredit borcu və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 oğılundan müştərək qaydada tutularaq Bank Respublika ASC-yə ödənilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadına əsasən xx.xx.2016cı il tarixli məhkəmə əmri ləğv edilmiş,Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən mülki iş baxılmamış saxlanılmış,məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən icraat təzələnmişdir. İddiaçı Bank Respublika ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən iş üzrə digər cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 848.29 ABŞ dolları əsas kredit borcu, 377.35 ABŞ dolları faiz borcu olmaqla cəmi 1225.64 ABŞ dolları kredit borcunun müştərək qaydada tutulmasını xahiş etmişdir. İddiaçı Bank Respublika ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Bank Respublika ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Bank Respublika ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26 faiz olmaqla, 18 ay müddətinə 3800 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi HəCavabdeh3 və Cavabdeh2 ilə Bank Respublika ASC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 1225.64 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Bank Respublika ASC ilə Cavabdeh1 arasında illik 26 faiz olmaqla, 18 ay müddətinə 3800 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə Bank Respublika ASC arasında zaminlik müqavilələri bağlanmış, cavabdehlər kredit alan Cavabdeh1 borc məbləğinə görə Bank Respublika ASC qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ilə Bank Respublika ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 16 faiz olmaqla, 18 ay müddətinə 3800 ABŞ dolları manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 və Cavabdeh2 ilə Bank Respublika ASC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı Bank Respublika ASC-nin ona və Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulmasını xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, dövlət rüsumunun kəsiri olan 40.82 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bank Respublika ASC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada qaydada 848.29 ABŞ dolları əsas kredit borcu, 377.35 ABŞ dolları faiz borcu olmaqla cəmi 1225.64 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və 20 manat dövlət rüsumu tutularaq Bank Respublika ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada qaydada 848.29 ABŞ dolları əsas kredit borcu, 377.35 ABŞ dolları faiz borcu olmaqla cəmi 1225.64 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və 20 manat dövlət rüsumu tutularaq Bank Respublika ASC-nin hesabına keçirilsin. Dövlət rüsumunun kəsiri olan 40.82 manat cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar