Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-865/2020 10.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində 10 iyul 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş zərərin əvəzi olan 7000 manat, mənəvi zərərə görə 2000 manat və ödənilmiş 30 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi və iddia ərizəsinin surətləri iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.2.-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.2, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-865/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-865/2020
10.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver