Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-87/2021 20.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə2 iştirakı ilə, gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair mülki işə Göyçay şəhərində 22 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Qaraxıdır kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 0.15 ha həyətyanı torpaq sahəsinə gediş-gəlişi təmin edən yolun Cavabdeh tərəfindən (dəmir qapı (çəpərin) sökülüb götürülməklə) açılmasına və torpaq sahəsinə gediş-gəlişi təmin edən yoldan istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-202C saylı şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə Göyçay rayonu Qaraxıdır kəndində 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən tutularaq dəmir darvaza yerləşdirilmişdir. Bu barədə cavabdehə və ailə üzvlərinə dəfələrlə xəbərdarlıq etmiş, lakin cavabdeh və ailə üzvləri həmin dəmir darvazanı sökməmişlər. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (oğlu) Nümayəndə2 iddianı qəbul etməyərək göstərmişlər ki, İddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinə gediş-gəlişi təmin edən yolu bağlamamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-202C saylı şəhadətnamədən görünür ki, Göyçay rayonu Qaraxıdır kəndində 0.15 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli rəydən və sxemdən görünür ki, İddiaçı X1 JN-202C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi ilə faktiki naturadakı istifadəçilik vəziyyəti arasında uyğunsuzluq və konfiqurasiya fərqi mövcud olduğundan qərardadın birinci sualının cavablandırılması mümkün olmadı. Kompleks Yerquruluşu Layihəsində JN-202C saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə yol nəzərdə tutulmamışdır.Cavabdeh naturada göstərdiyi və faktiki istifadəsində olan torpaq sahəsi JN-352 nömrəli “Torpağn mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Aparılmış tədqiqatın dəyəri 491.23 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş X4 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 18.05.2021 tarixli rəydən görünür ki,İddiaçı adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-202C saylı Şəhadətnaməyə əsasən ümumi-birgə mülkiyyətdə olan Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinə gediş- gəliş yolu qeyd edilən həyətyanı torpaq sahəsinin cənub şərq hissəsində yerləşir. Həmin yol işlək vəziyyətdədir, lakin cavabdeh tərəfindən bağlanmışdır. Həmin yol Cavabdeh verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-52 saylı Dövlət Aktında nəzərdə tutulmuş 1,58 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmin yol dəmir qapı qoyulmaqla bağlanmışdır.Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05.11.2021-ci il tarixli 10/3469 saylı rəydən görünür ki, Tərəflər və məhkəmənin təqdim etdikləri tədqiqat obyektinə baxış keçirilən zaman Torpağın mülkiyyətə verilməsinə dair JN-202C nömrəli şəhadətnaməyə əsasən paylı mülkiyyətdə olan iddiaçı Mustafayeyjsmayıl Eldar oğlu və başqalarına məxsus 202C saylı şəhadətnaməyə əsasən paylı mülkiyyətdə olan İddiaçı və başqalarına məxsus 202C saylı şəhadətnaməyə əsasən paylı mülkiyyətdə olan İddiaçı başqalarına məxsus 202C saylı torpaq sahəsinə gediş-gəlişi yolunun dəmir barmaqlıqlarla bağlandığı müəyyən ölündür. Lakin kim tərəfindən bağlandığı hüquqi xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən gedişgəliş yolu cavabdeh tərəfindən dəmir barmaqlıqlar ilə bağlanılmaqla istifadə edilir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-202C nömrəli şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin ümumi-birgə mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh X2 tərəfindən dəmir barmaqlıqlarla bağlanılmaqla qanunsuz istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun qanuni sahibliyində olan 0.15 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilməsi və torpaq sahəsinə gedən gediş-gəliş yolunun dəmirbarmaqlıqla bağlançası mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən quraşdırılmış dəmirbarmaqlıqlar cavabdehin vəsaiti hesabına sökülməli və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolu açılmalıdır. Bundan başqa məhkəməyə təqdim edilmiş kassa mədaxil orderinin 673411 nömrəli 18.05.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı İddiaçıX4 və Ekspertiza Mərkəzi MMCnin hesabına 300 manat ekspertiza xərci ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və 300 manat ekspertiza xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehdən tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Qaraxıdır kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən quraşdırılmış dəmirbarmaqlıqlar cavabdehin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolu açılsın. İş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-87/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-87/2021
20.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver