Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-878/2020 23.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2764 manat dəymiş ziyan alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş emtişdir. İş üzrə İddiaçı MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, “X2” MMC ilə Cavabdeh Elsəvər oğlu arasında xx.xx.2017-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli 049-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli 259-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh Elsəvər oğlu iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba - Həzi Aslanov 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurduğu müəyyən edilmiş, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3659 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışına əsasən cavabdeh zərər vurduğu borcdan 895 manat ödəniş etmiş qalıq borc 2764 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etmədiyi barədə izahat təqdim edərək göstərmişdir ki, “X2” MMC arasında xx.xx.2017-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli 049-K saylı əmrlə Adminstrator vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə işinə məsuliyyətlə yanaşmışdır. Buna görə də rəhbərlik ona bölgə müdiri olacağına vəd vermiş və iki dəfə məzuniyyətdə olan bölgə müdirlərinin əvəzedicisi kimi onu göndərmişlər. Bu vaxt satıcılar marketə daxil olan mallara satışa səhlənkar yanaşmışlar və buna görə də əksiklik müəyyən edilmişdir. Hesab edir ki, iddiaçıya heç bir borcu yoxdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, “X2” MMC ilə Cavabdeh Elsəvər oğlu arasında xx.xx.2017-ci il 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş “X1” haqqında xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh Elsəvər oğlu tam maddi məsul şəxsdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixlərində Cavabdeh Elsəvər oğlu ilə bağlı təftiş yoxlanması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3659 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh Elsəvər oğlu həmin borcdan 895 manat ödəniş etmişdir. Hazırda Cavabdeh Elsəvər oğlunun Cəmiyyətin xəzinəsinə 2764 manat borcu qalmışdır. Məhkəməyə təqdim edilmiş borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh Elsəvər oğlu İddiaçı MMC-yə 3659 manat məbləğində zərər vurduğunu etiraf edərək xx.xx.2019-cu il tarixədək hər ay 365.90 manat 10 ay müddətində ödəniş edəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh Elsəvər oğlu İddiaçı MMC şirkətində satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, tam maddi məsul şəxs kimi İddiaçı MMC-dən 2764 manat məbləğində malları qəbul etmiş, həmin malların pulunu şirkətə təhvil verməli olduğu halda qanunsuz olaraq sahiblənmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı MMC şirkəti ona dəymiş maddi zərərin əvəzi kimi ümumilikdə 2764 manat məbləğində pulu Cavabdeh Elsəvər oğlundan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 2764 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 2764 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nə verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-878/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-878/2020
23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver