Məhkəmə qərarları › İş №2(046)-9/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-9/2023

08.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-9/2023 08.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Eyvaz qızı və Cavabdeh4 qarşı mənzildə payının naturada ayrılması və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək mənzildə olan payının, həmin mənzilə bitişik olan tikilini və əlavə tikilidə olan payının naturada ayrılması və cavabdehlər tərəfindən həmin mənzildə onun yaşamağına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi İddiaçı göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəni məhkəməyə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməmiş, işə mahiyyəti üzrə baxılması barədə vəsatəti məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən və cavabdehin işə mahiyyəti üzrə baxılmasına dair vəsatəti daxil olmadığından ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Eyvaz qızı və Cavabdeh4 qarşı mənzildə payının naturada ayrılması və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar