Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-9/2024 16.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 65.70 manat əsas kredit borcu, 16.98 manat kredit borcu, 8.61 manat cərimə borcu olmaqla cəmi 91.29 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı "xxxx" KB ASC-nin cavabdeh X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat cavabdeh X1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 adına Göyçay rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə cavabdeh X1 vəfat etməsi ilə əlaqədar xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" KB ASC-nin cavabdeh X2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, cavabdeh X1 vəfat etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-9/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-9/2024
16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver