Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-912/2021 01.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İB-in nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə və cərimə borcunun və 68 manat məbləğində sayğacın dəyərinin silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 20 manat dövlət rüsumun, 0.40 manat xidmət haqqı tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 216 manat cərimənin silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı İB-in nümayəndəsi X3 iddianı müdafiə və qarşılıqlı iddianı qəbul etməyərək tələbi belə əsaslandırmışdır ki, İddiaçı Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı 20.07.2020-ci il tarixli akt tərtib edilmişdir. Evdən açılmış qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, tərtib edilmiş 30.07.2020-ci il akta əsasən sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair 30.07.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdeh abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilkin iddianı qəbul etməyərək qarşılıqlı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri H.B.Zərdabi küçəsində yerləşən evinə quraşdırılmış sayğac Azəriqaz İB Göyçay rayon şöbəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəz etmişlər və barədə akt tərtib etmişlər. Bundan sonra 20.08.2020-ci il tarixdə 216 manat dəymiş ziyan barədə ona bildiriş verilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. İlkin iddianı qəbul etmir ona görə ki, akta əsasən yazılmış borc onun təqsirli hərəkətindən olmamış, qaz sayğacına onun tərəfindən müdaxilə edilməmişdir. Qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Buna görə də iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20.07.2020-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus Göyçay şəhəri H.B.Zərdabi küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılan qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmışdır. Məhkəməyə təqdim edilmiş 30.07.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı əməkdaşları tərəfindən Göyçay şəhəri H.B.ünvan 1 ünvanda quraşdırılan qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, yoxlama zamanı sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş İddiaçı Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin 20.08.2020-ci il tarixli bildirişindən görünür ki, abonent Cavabdeh 216 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, ümumilikdə 20.08.2020-ci il tarixə Göyçay Xidmət Sahəsinə 220.20 manat qaz pulu borcu olduğu qeyd edilmişdir. Cavabdeh həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə mənzilinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Cavabdeh adına tərtib edilmiş 22.01.2021-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə 52.40 manat borc olmaqla ümumilikdə 268.40 manat borcu olduğu qeyd edilmişdir. Həmin borcun 216 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 52.40 manat isə aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə Azəriqaz İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, Cavabdeh həmin müqavilə əsasında yaşadığı Göyçay şəhəri H.B.Zərdabi küçəsi ev 67-də qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmişdir. Tərtib edilmiş akta əsasən Cavabdeh evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 216 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi hesablanaraq Cavabdeh abonent koduna vurulmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh qazdan istifadəyə görə aylar üzrə İddiaçı İB-nə ödənilməmiş 286.70 manat alınaraq İddiaçı İB-nə verilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə İddiaçı İB Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə Cavabdeh yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda quraşdırıldığı və heç bir müvafiq örtüklə örtülmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda qaz sayğacının Cavabdeh təqsirli hərəkətləri nəticəsində sayğacın hesablanma mexinizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın Cavabdeh tutulması, yeni qaz sayğacının Cavabdeh vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia rədd edilməli, Cavabdeh 216 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 20 manat dövlət rüsumun, 0.40 manat xidmət haqqı tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin olunmalı, İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh hesablanmış 216 manat borc məbləği silinməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı İB məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmiş, lakin iddia tələbində 20 manat tələb etmişdir. İlkin iddia rədd edildiyindən İddiaçı İB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-ə aid edilməli, qarşılıqlı iddia tələbi təmin olunduğuna görə iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia rədd edilsin. Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 20 manat dövlət rüsumun, 0.40 manat xidmət haqqı tutularaq İddiaçı İB-in hesabına ödənilməsi barədə tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı İB tərəfindən Cavabdeh abonent koduna hesablanmış 216 manat məbləğində borc məbləğində pul silinsin. Qətnamənin qarşılıqlı iddiaya dair hissədə, yəni 216 manat məbləğində borc hissədə icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-912/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-912/2021
01.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver