Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-914/2021 05.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X3 və cavabdeh Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 224.09 manat dəymiş ziyanın ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı İB-nin nümayəndəsi X6 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh 15 aprel 2020-ci il tarixdə öz həyətyanı torpaq sahəsindən şirə suyunun axıdılması üçün xəndək qazdıran zaman yerqazan mexanizm tərəfindən İddiaçı Ağsu X5 İdarəsinin Göyçay xidmət sahəsinin balansında və istismarında olan, Göyçay rayonu Qarabaqqal kəndinin ərazisindən keçən PE-315 mm-lik, daşıyıcı, yeraltı qaz boru xətti zədələnmişdir. Bunun nəticəsində qaz kəmərində 5 x 7 sm diametrli dəlik açılmışdır. Həmin xəttə verilən təbii qaz saat 14:57 radələrində dayandırılmış, lakin təxminən 10 dəqiqə ərzində xətdə olan 0.2 atmosfer təyziqli təbii qaz havaya uçaraq itkiyə getmişdir. Bundan başqa həmin qaz kəmərindən qidalanan 4 kənddə yaşayan 2500 abonentin qaz təminatı təmir işləri yekunlaşana qədər dayandırılmışdır. Qaz xəttinin zədələnməsi nəticəsində ümumilikdə İddiaçınə 224.09 məbləğində maddi ziyan dəymişdir. Bura qaz kəmərinin təmiri zamanı istifadə edilmiş mal-materialın qiyməti və itkiyə getmiş təbii qazın dəyəri daxildir.Baş vermiş hadisənin araşdırılması, İddiaçınə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün 22.04.2020-ci il tarixli, 01NM-13HŞ-405 nömrəli məktubla Göyçay rayon Polis şöbəsinə müraciət edilmişdir. Göyçay rayon Polis şöbəsində aparılmış təhqiqat nəticəsində Cavabdeh öğlu barəsində İXM-nin 358-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, bundan başqa dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı Ağsu RQİİ-nə dəymiş ziyanın ödənilməsi üçün Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, keçən müddət ərzində qarşı tərəfdən heç bir ödəniş edilməmiş, dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir əməli addım atılmamışdır . Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 15 aprel 2020-ci il tarixdə su idarəsinə məxsus ekskalatorla özünə məxsus həyətdə qazıntı işləri apararkən Azəriqaz İB-nə məxsus qaz kəmərini zədələmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş 11.05.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 15.04.2020-ci il tarixdə saat 14 radələrində öz həyətində keçən qaz kəmərini zədələmişdir. Buna görə də İXM-nin 358-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərim edilmişdir. Məhkəməyə təqdim edilmiş qaz itkisinin hesabatıdan görünür ki, Cavabdeh törətdiyi hadisəsi zamanı "Azəriqaz” İB-nin X9 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə ümumilikdə 224.09 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 15 aprel 2020-ci il tarixdə öz həyətyanı torpaq sahəsindən şirə suyunun axıdılması üçün xəndək qazdıran zaman yerqazan mexanizm tərəfindən İddiaçı Ağsu X5 İdarəsinin Göyçay xidmət sahəsinin balansında və istismarında olan, Göyçay rayonu Qarabaqqal kəndinin ərazisindən keçən PE-315 mm-lik, daşıyıcı, yeraltı qaz boru xətti zədələnmişdir. Bunun nəticəsində qaz kəmərində 5 x 7 sm diametrli dəlik açılmışdır. Həmin xəttə verilən təbii qaz saat 14:57 radələrində dayandırılmış, lakin təxminən 10 dəqiqə ərzində xətdə olan 0.2 atmosfer təyziqli təbii qaz havaya uçaraq itkiyə getmişdir. Bundan başqa həmin qaz kəmərindən qidalanan 4 kənddə yaşayan 2500 abonentin qaz təminatı təmir işləri yekunlaşana qədər dayandırılmışdır. Qaz xəttinin zədələnməsi nəticəsində ümumilikdə İddiaçınə 224.09 məbləğində maddi ziyan dəymişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehdən 224.09 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC və Cavabdeh maddi ziyanın əvəzi kimi 224.09 manat, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 224.09 manat, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-914/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-914/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver