Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-918/2020 30.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh Göyçay rayonu Qaraxıdır kəndində yeznəsi Şamxalla qonşuluqda yaşayır. 2019-cu ilin sonlarında təsərrüfatında olan bir baş iribuynuzlu dananı satmaq qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə Nofəl onun yaşadığı evə gələrək bir baş iribuynuzlu dananı satmaq istədiyini soruşmuş və Nofələ bir baş iribuynuzlu dananı satmaq istədiyini bildirmişdir. Həmin vaxt bir baş iribuynuzlu dananı Nofəllə aralarında 1800 manata razılaşmışlar və Nofəl bir baş iribuynuzlu dananı maşına yükləyərək pulunu 3 gündən sonra verəcəyini demişdir. Həmin müddətdən sonra Nofəlin ondan aldığı 1800 manat dəyərində bir baş iribuynuzlu dananın pulunu qaytarmadığını görüb bu barədə yeznəsi Şamxaldan Nofəllə görüşüb bir baş iribuynuzlu dananın pulunu almasını xahiş etmişdir. Yeznəsi Nofəllə görüşmüş və Nofəl bir baş iribuynuzlu dananın pulunu axşam qaytaracağını demişdir. Lakin həmin axşam Nofəl ondan aldığı 1800 manat dəyərində dananın pulunu qaytarmamışdır. Dəfələrlə Nofəldən ondan aldığı 1800 manat dəyərində bir baş iribuynuzlu dananın pulunu istəsə də müxtəlif bəhanələrlə 1800 manat pulu qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kənd ərazisində yerləşən mal bazarında Nofəllə rastlaşmış və həmin vaxt bir baş iribuynuzlu dananın pulunu istəyərkən aralarında mübahisə baş vermişdir. Cavabdeh barəsində Göyçay rayon Polis Şöbəsinə müraciət etmiş və ona Cavabdeh pulun alınması barədə məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh göstərmişdir ki, iddiaçıdan 1750 manat dəyərində nisyə almış, lakin sonradan dana öldüyündən pulunu iddiaçıya ödəyə bilməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-cu il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh izahatında xx.xx.2019-cu il tarixdə İddiaçı bir baş iribuynuzlu dananı 1750 manata aldığını, avtomobillə həyətə gətirərkən bir baş iribuynuzlu dana dəmirə ilişib yerə yıxılaraq öldüyünü və bir baş iribuynuzlu dananı Vüsal adlı qəssaba 400 manata satdığını və iddiaçıya olan borcunu ödəyəcəyini etiraf etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı 1750 manat dəyərində bir baş iribuynuzlu dana almış, iddiaçıya 1750 manat məbləğində borclu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 1750 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 1800 manat pulun alınıb ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməldir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1750 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1750 manat və ödənilmiş 30 manat alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-918/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-918/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver