Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-93/2022 03.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə iştirak ilə, iddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Kapital Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 234 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, X3 və Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçiləridir. Cavabdeh Bankdan plastik kart verilərkən texniki səhvliklə X1 məxsus müştəri kodu (CMS İD) Cavabdeh açılmış hesabın müştəri kodu ilə eyniləşmişdir. Nəticədə Cavabdeh özünə məxsus Birbank mobil tətbiqindən istifadə edərkən Şəmsəddin Əliyevə məxsus plastik kartın məlumatları onun mobil tətbiqində əks olunmuş və həmin kartdan mobil tətbiq üzərindən istifadə edə bilmişdir. Belə ki, 12.06.2020-ci il tarixdə Şəmsəddin Əliyevə məxsus plastik karta 263,43 manat vəsait mədaxil olunmuşdur. Cavabdeh həmin vəsaitdən 13, 14, 16,18 iyun 2020-ci il tarixlərində müvafiq olaraq 1 manat, 1 manat, 3 manat, 1 manat, 1 manat, 1 manat, 10 manat, 1 manat vəsaiti mobil xidmətdən istifadə üçün mobil operatorlara (+**********76, +**********30, +**********95, +**********69, +**********39, +**********82 mobil nömrələrə) köçürmüş, həmçinin 18.06.2020-ci il tarixdə 120 manat, 1 manat, 4 manat, 75 manat, 15 manat məbləğində vəsait ilə isə kommunal ödənişlər etmişdir (çıxarış əlavə edilir). Bununla bağlı müştəri X4 müraciət etdikdən sonra Bank məlumatlanmışdır. Bank tərəfindən məsələ cavabdehə izah olunaraq pulun Şəmsəddin Əliyevə qaytarılması ilə bağlı müraciət olunsa da cavabdeh vəsaitin qaytarılmasına imtina edərək Banka məhkəməyə müraciət etməsini bildirmişdir. X2 dəymiş zərər Bankın texniki səhvi nəticəsində olduğundan və müştəri məmnuniyyətini nəzərə alaraq 234 manat vəsait 08.09.2020-ci il tarixdə Bank tərəfindən Şəmsəddin Əliyevin hesabına qaytarılmışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin tərəflər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 aid account History-dən görünür ki, X1 "xxxx" ASC tərəfindən verilmiş plastik karta 12.06.2020-ci il tarixdə 263 manat pul mədaxil edilmişdir. Məhkəməyə təqdim edilmiş +**********76 nömrəli login ilə Cavabdeh məxsus Birbank hesabdan çıxarışından görünür ki, Cavabdeh13, 14, 16,18 iyun 2020-ci il tarixlərində müvafiq olaraq 1 manat, 1 manat, 3 manat, 1 manat, 1 manat, 1 manat, 10 manat, 1 manat vəsaiti mobil xidmətdən istifadə üçün mobil operatorlara (+**********76, +**********30, +**********95, +**********69, +**********39, +**********82 mobil nömrələrə) köçürmüş, həmçinin 18.06.2020-ci il tarixdə 120 manat, 1 manat, 4 manat, 75 manat, 15 manat məbləğində vəsait ilə isə kommunal ödənişlər etmişdir Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh ona məxsus birbank mobil tətbiqi üzrə hesabına səhvən köçürülmüş 263 manat vəsaitdən müxtəlif ödənişlər etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində qeyd olunanlara əsasən, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Adıçəkilən Məcəllənin 449.2-ci maddəsində qeyd edilmişdir ki, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. X6 Heyətinin qərarı ilə 18.12.2020-ci il tarixindən uçot dərəcəsi 6,25% miqdarında müəyyən edilmişdir. Həmin Məcəllənin 449.4-cu maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət miiəyyənləşdirilməyibsə. həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı Kapital Bank ASC məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Kapital Bank ASC-nin iddiası təmin edilməli, Cavabdeh 234 manat pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Kapital Bank ASC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 234 manat pul və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-93/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-93/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver