Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-934/2021 09.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qaz sayğacına müdaxiləyə görə hesablanmış 399.60 manat itirilmiş qazın dəyərini, ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 6 ay bundan əvvəl vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırması tam anlaşılmazdır. Ona görə ki, vəfat etmiş şəxsə məhkəmə bildirişi, iddia ərizəsinin surətini göndərmək və ondan iddiaya qarşı çəkişmə prinsipinə əməl etməklə etirazını bildirməsi barədə hüquq və vəzifələrini izah etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarını göstərməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh Göyçay rayonunun Qarabaqqal kəndində yaşadığını qeyd etmiş, lakin Cavabdeh 2020-ci ilin oktyabr ayında yəni 6 ay əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı İB-nin 2020-ci ildə vəfat etmiş Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı İB-yə Cavabdeh hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-934/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-934/2021
09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver