Məhkəmə qərarları › İş №2(046)-937/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-937/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-937/2020 24.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, həyat yoldaşı onkoloji xəstə olduğu üçün xx.xx.2020-ci il tarixdə əməliyyata aparması üçün ona 10000 manat pul ehtiyacı olmuşdur. Bu məqsədlə təsərrüfatında saxladığı 5 baş iribuynuzlu dananı satmaq qərarına gəlmişdir. Cavabdehla da bu səbəbdən tanış olmuşdur. Belə ki, cavabdeh Vüsal Mikayıl ona zəng vurub iribuynuzlu dana almaq istədiyini və onda satlıq iribuynuzlu dana olub-olmamasını soruşmuşdur. Cavabdehə təsərrüfatında olan 5 baş iribuynuzlu dananı satmaq istədiyini və gəlib baxmasını demişdir. xx.xx.2020-ci il tarixdə saat 10-30 radələrində cavabdeh onun yaşadığı Göyçay rayonunun Ləkçıplaq kəndinə gəlmiş, təsərrüfatında olan iribuynuzlu danalara baxmış və cavabdeh 5 baş iribuynuzlu dananı 7100 manata almağa razılaşmışdır. Həmin vaxt onun 3000 manat pula ehtiyacı olduğunu və bu səbəblə banka gedəcəyini bildirmişdir. 3000 manat pul almaq üçün banka getmiş və Viisal isə onun getdiyini bilərək onlara gəlmiş, yoldaşına Namiq əmi ilə razılaşdığını bildirmiş, 5 baş iribuynuzlu dananı aparmışdır. Həmin vaxt yoldaşı onun razı olduğunu düşünərək 5 baş iribuynuzlu dananı aparmasına Vüsalə icazə vermiş və Vüsal 5 baş iribuynuzlu dananı aparmışdır. Evə gəldikdən sonra Vüsalla əlaqə yaratmaq istəsə də buna nail ola bilməmişdir. Vüsalın yaşadığı evə getsə də nəticəsi olmamışdır. Sonradan Vüsalın atası Əkbər və qardaşı Rauf onlara gəlmiş, bir ay müddətində pulu ona ödəyəcəklərinə söz versələr də, 5 baş iribuynuzlu dananın pulu ona ödəmnilməmişdir. Veysəlli kənd icra nümayəndəsinə müraciət etmiş və kən icra nümayəndəsinin köməyi ilə 3000 manatı Cavabdeh almışdır. Qalan 4100 manatı isə cavabdehin ödəmək fikrində olmadığını görüb Göyçay rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh və qardaşı Rauf Mikayılov Göyçay rayon Polis Şöbəsinə dəvət olunmuş və həmin vaxt Cavabdeh qardaşı Raufla məsləhətləşdikdən sonra ona olan 4100 manat borcunu etiraf etmiş və həmin 4100 manat pulu xx.xx.2020-ci il tarixədək ödəyəcəyi barədə izahat vermişdir. Lakin xx.xx.2020-ci il tarixdə cavabdeh ona olan 4100 manat borcunu ödəməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəməyə iddianı qəbul etməsi barədə ərizə göndərərək İddiaçı 4100 manat borcu olduğunu etiraf etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Cavabdeh Göyçay Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 7100 manata 05 baş dana aldığını və 4100 manat borcu qaldığını etiraf etmiş və borcunu xx xxxx 2020-ci il tarixədək ödəyəcəyinə öhdəlik götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Cavabdeh İddiaçı 7100 manat dəyərində 05 baş iribuynuzlu dana almış, iddiaçıya 4100 manat məbləğində borclu qaldığını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 4100 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsində dövlət rüsumu tələb etmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4100 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4100 manat alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar