Məhkəmə qərarları › İş №2(046)-942/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-942/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-942/2024 27.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1005 manat zərərin və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ona məxsus VAZ-2107 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Ağsu şərəri,M.Ə.Rəsulzadə küçəsindəki “Zaur” marketin qarşısında,yolun qırağında saxlayıb,ərzaq mağazasına gimriş, marketdən çıxanda avtomobilinin əzildiyini görmüşdür. Orada öyrənmişdir ki, yoldan keçən avtomobil avtomobilini vurub və hadisə yerindən qaçmışdır. Sonradan müəyyən edilmişdir ki, avtomobilini Cavabdeh idarə etdiyi VAZ 21033 minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurmuş, hadisə yerindən qaçmışdır.Həmçinin müəyyən edilmişdir ki, hadisə vaxtı o avtomobili sərxoş halda idarə edirmiş. Hadisə nəticəsində avtomobilinə 1005 manat ziyan dəymişdir. Cavabdeh Ağsu rayon məhkəməsinin 3(016)-108/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati qaydada cəzalandırılmışdır. Lakin Cavabdeh bu günə kimi vurmuş maddi ziyanı ödəməmişdir və ödəməkdən də imtina edir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı X5 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı etiraf edərək göstərmişdir ki, iddiaçıya vurulmuş maddi ziyanı hissə-hissə ödəyəcəkdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. mülki işdə olan sənədlər: İşə materiallarına əlavə edilmiş BD 144526 nömrəli X1 Şəhadətnaməsinin surətindən görünür ki, VAZ-2107 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobil X5 oğlunun xüsusi mülkiyyətindədir. İşə materiallarına əlavə edilmiş Ağsu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(016)- 108/2024 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 334.3-cü maddəsi ilə təqsirli bilinib, 30 gün inzibati qaydada həbs edilmişdir. İşə materiallarına əlavə edilmiş “999” Avtoehtiyat hissələri satışı və avtomobillərə texniki xidmət məntəqəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 məxsus VAZ-2107 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobilə 1005 manat maddi ziyan dəymişdir. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Ağsu şərəri,M.Ə.Rəsulzadə küçəsində X2 idarə etdiyi VAZ-2107 markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə X4 1005 manat maddi ziyan dəymişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(016)-108/2024 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 334.3-cü maddəsi ilə təqsirli bilinib, 30 gün inzibati qaydada həbs edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı X4 1005 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olaraq ödənilmiş 31 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1005 manat məbləğində pul və 31 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1005 manat məbləğində pul və 31 manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar