Məhkəmə qərarları › İş №2(046)-946/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-946/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-946/2021 28.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada kredit razılaşması üzrə 7588.45 manat məbləğində əsas kredit borcunun, 2239.12 manat faiz borcunun 468.16 manat cərimə borcunun, cəmi 10295.73 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AccessBank nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında 17.01.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 10.000 ABŞ dolları kredit xətti açılmışdır. 30.12.2014-cü il tarixli kredit razılaşması əsasında ona 24 ay müddətinə, aylıq 2.25 faiz olmaqla 7800 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi, Cavabdeh2, Cavabdeh3 və X4 ilə İddiaçı QSC arasında 17.01.2014-cü il tarixdə və 30.12.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit xətti müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1nun banka kredit razılaşması üzrə cəmi 10295.73 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 17.01.2014-cü il tarixli saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 30.12.2014-cü il tarixli saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 2.25 faiz ilə 24 ay müddətinə 7800 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş 17.01.2014-cü il tarixli və 30.12.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3 və X4 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 06.10.2016-cı il tarixli 5313 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə 02.11.2015-ci il tarixə banka əsas borc üzrə 7588.45 manat və faiz borcu üzrə 3513.09 manat təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspert rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia, iddia ərizəsində nəzərdə tutulmuş və iddiaçının nümayəndəsinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməlidir. Ekspertiza xərci 40 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının 18.01.2018-ci il tarixli 32385 saylı ekspert rəyindən görünür ki, İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında olan 17.01.2014-cü il tarixli 26Ş000004738 nömrəli zaminlik müqaviləsinin arxa hissəsində “5.2.Zamin Cavabdeh2” qrafasındakı imzanın Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiq prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərci 100manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə-xəttşunaslıq ekspertizasının 28.03.2019-cu il tarixli 5414 saylı ekspert rəyindən görünür ki, İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 adından olan kredit müqaviləsiniə əlavə olunmuş 30.12.2014-cü il tarixli ödəniş cədvəlinin üz tərəfinin aşağı hissəsindəki 2-ci imza və arxa tərəfindəki “ödəniş planı ilə tanış oldum və razıyam Kəirmov Fərid” yazıları və yazıların qarşısındakı imza X3 tərəfindən icra edilmişdir. Mülki işin 15-ci vərəqəsində İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında olan 17.01.2014-cü il tarixli 26Ş000004738 nömrəli zaminlik müqaviləsinin arxa hissəsində “5.2.Zamin Cavabdeh2” qrafasındakı imzanın Cavabdeh2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiq prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərci 240 manat təşkil edir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 10.000 ABŞ dolları kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 bankla zaminlik müqaviləsi bağlamış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1nun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 468.16 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 8.16 manat müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. . İş üzrə ekspertiza xərci olan 380 manat məbləğində pulun, 40 manatı Cavabdeh1, 340 manatı isə Cavabdeh2 alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada kredit razılaşması üzrə 7588.45 manat məbləğində əsas kredit borcunun, 2239.12 manat faiz borcunun 8.16 manat cərimə borcunun, cəmi 9835.73 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 müştərək qaydada kredit razılaşması üzrə 7588.45 manat məbləğində əsas kredit borcunun, 2239.12 manat faiz borcunun 8.16 manat cərimə borcunun, cəmi 9835.73 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 380 manat məbləğində pulun, 40 manatı Cavabdeh1, 340 manatı isə Cavabdeh2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar