Məhkəmə qərarları › İş №2(046)-956/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-956/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-956/2020 29.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, iddiaçılar X1 və İddiaçı2 Abdulqadir qızının Cavabdeh qarşı ödənilmiş kredit və faiz məbləğlərinin geri qaytarılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X1 və İddiaçı2 Abdulqadir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxx” ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit və faiz borcu kimi ödədikləri məbləğdən 1425 manatın İddiaçı1 və 1123 manatın İddiaçı2 Abdulqadir qızına qaytarılması və ödənilmiş 30 manatın cavabdehdən alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar məhkəməyə təqdim etdiyi iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişlər. Azərbaycan Respulikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçıların cavabdehdən tələb etdikləri pulun qaytarılması tələbini iddiaçılar ayrı-ayrılıqda məhkəmədə müstəqil iddia qaldırılmalıdır. Buna görə də tələblər arasında əlaqə olmadığından həmin tələblərin bir iddia ərizəsində birləşdirilməsi qanuna uyğun deyildir. Azərbaycan Respulikası MPM-nin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçılara cavabdehə qarşı hər bir tələb üzrə müstəqil şəkildə iddia qaldırmaq və ayrılıqda dövlət rüsumu ödənilməsi hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respulikası MPM-nin 152.1.1., 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: İddiaçılar X1 və İddiaçı2 Abdulqadir qızının Cavabdeh qarşı ödənilmiş kredit borcunun və faizlərin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar