Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-976/2021 04.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı BOKT “X3” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, cavabdehlər Üzeyirova Dursun Murad qızına, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı BOKT “X3” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Üzeyirova Dursun Murad qızından, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 102.97 ABŞ dolları əsas kredit borcu və 20.23 ABŞ dolları faiz borcu olmaqla, cəmi 123.20 ABŞ dolları kredit borcu, 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmədə iddiaçı BOKT “X3” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh Üzeyirova Dursun Murad qızı ilə iddiaçı arasında bağlanmış 04.12.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz olmaqla 12 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə Cavabdeh2 ilə birgə borcluluq müqaviləsi bağlanmışdır. 04.12.2015-ci il tarixdə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Hazırda cavabdehin banka 102.97 ABŞ dolları əsas kredit borcu və 20.23 ABŞ dolları faiz borcu olmaqla, cəmi 123.20 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 04.12.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, BOKT “X3” MMC ilə cavabdeh Üzeyirova Dursun Murad qızı arasında 12 ay müddətinə illik 27 faizlə 1000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Təqdim edilmiş 04.12.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Üzeyirova Dursun Murad qızınun kredit borcunun təminatı kimi BOKT “X3” MMC ilə cavabdehlər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş 04.12.2015-ci il tarixli birgə bocluluq müqaviləsindən görünür ki, Üzeyirova Dursun Murad qızınun kredit borcunun təminatı kimi BOKT “X3” MMC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 arasında birgə borcluluq müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, BOKT “X3” MMC ilə Üzeyirova Dursun Murad qızı arasında illik 12 ay müddətinə illik 27 faizlə 1000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmış, həmin müqavilənin təminatı kimi cavabdehlər Cavabdeh2 ilə zaminlik müqaviləsi, Cavabdeh3 və Cavabdeh4, ilə birgə borcluluq müqaviləsi bağlanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Üzeyirova Dursun Murad qızı iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit götürdüyü pulu ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş kredit borcunu cavabdehlərdən müştərək qaydada tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əssasən öhdəliklərin icrası… zaminlik… və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu və 1 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 1 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Üzeyirova Dursun Murad qızından, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 102.97 ABŞ dolları əsas kredit borcu və 20.23 ABŞ dolları faiz borcu olmaqla, cəmi 123.20 ABŞ dolları kredit borcu, 20 manat dövlət rüsumu 0.40 manat xidmət haqqı alınaraq BOKT “X3” MMC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Üzeyirova Dursun Murad qızından, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 102.97 ABŞ dolları əsas kredit borcu və 20.23 ABŞ dolları faiz borcu olmaqla, cəmi 123.20 ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi, 20 manat məbləğində dövlət rüsumu və 1 manat xidmət haqqı alınaraq BOKT “X3” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-976/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-976/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver