Məhkəmə qərarları › İş №2(046)-995/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-995/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-995/2023 07.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6260 manat pulun və məhkəməyə müraciət edərkən ödədiyi 82 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Çayarxı kəndində yaşayır, həmin kəndin orta məktəbində müəllimə işləyir. Özünə məxsus kənd təsərrüfatı torpaq sahəsində xurma meyvəsi yetişdirərək satır. 2020-ci ilin noyabr-dekabr aylarında Cavabdeh ondan öz bağında yetişdirdiyi xurma məhsulunu almaq istəmişdir. Fuada xurma məhsulunun hər yeşiyi üçün 12 manat pul ödəməli olduğunu bildirmişdir. Fuad onunla razılaşaraq, xurma məhsulun yığıb, maşına yükləyən zaman dəyərini ödəyəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə həyətindən 605 yeşik xurma məhsulunu hər yeşiki 12 manat olmaqla 7260 manata Cavabdeh nisyə satmışdır. Xurma məhsulu avtomobilə yığılandan sonra, Fuad məhsulun dəyərini 2-3 gün sonra ödəyəcəyini bildirmiş, lakin qeyd edilən tarixdən 4 ay keçdikdən və davamlı olaraq zənglərindən sonra Fuad ödəməli 7260 manat puldan 1000 manatını qaytarmışdır. Daha sonra Fuada borclu qaldığı pulu ödəməsini dəfələrlə tələb etmiş, yaşadığı Göyçay rayonu Ləkçıplaq kəndinə gedərək valideyinlərinə Fuadın borcunu ödəməsini xahiş etsə də Fuad və valideyinləri borcu pulu olduğu təqdirdə ödəyəcəyini bildirdi. Buna görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, 2020-ci ildə xurma məhsulu mövsumunda iddiaçının bağından ümumi dəyəri 8760 manat dəyərində xurma məhsulunu X1, X2, Arifin oğlu Maariflə birlikdə şərikli nisyə almışlar. Aldıqları xurma məhsulunun pulundan 2500 manat ödənilmişdir. Qalan 6260 manat pulu aralarında bölüşüb ümumi ziyanı hesablamışlar. Rövşən də onun yanında iddiaçın özünə qalan 6260 manatı Rusiyada yaşayan dayısı Mahir Əzimov ödəyəcəyini demişdir. O, şəxsən iddiaçıya olan borcdan 1500 manat vermiş,1000 manatı isə sonradan vermişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş İddiaçı Göyçay rayon Polis Şöbəsinə müraciət etdiyi xx.xx.2023cü il tarixli ərizədən görünür ki, İddiaçı 2020-ci ildə həyətində yetişdirdiyi 6260 manat dəyərində xurma məhsulunu nisyə olaraq Göyçay rayon Ləkçıplaq kənd sakini Cavabdeh satmış və Cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu ödəməmiş və bu səbəbdən ona köməklik göstərilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Cavabdeh Göyçay rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan görünür ki, Cavabdeh izahatında 2020-ci ildə xurma mövsümündə Səlahətin bağından ümumi dəyəri 8760 manat xurmanı o, X1, X2, Arifin oğlu Maariflə birlikdə şərikli nisyə aldığını, həmin puldan 2500 manat verildiyini, qalan 6260 manatı aralarında bölüşüb ümumi ziyanlarına hesablandığını, Rövşənin onun yanında Səlahətə qalan 6260 manatı Rusiyada yaşayan dayısı Mahir Əzizov ödəyəcəyini bildirməsini, şəxsən Səlahətə 1500 manat verdiyini, 1000 manatı sonra verdiyini göstərmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam,həm də hissə-hissə icranı tələb edə bilər.Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh xx.xx.2020ci il tarixdə 7260 manat dəyərində (bir yeşiki 12 manat olmaqla, 605 yeşik) xurma məhsulunu nisyə satmış, Cavabdeh sonradan 1000 manat ödəmiş, qalan 6260 manat ödənilməmişdir. Cavabdeh Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatında İddiaçı 8760 manat dəyərində xurma məhsulunu almasını etiraf etmiş,xurmanı X1, X2, Arifin oğlu Maariflə birlikdə şərikli nisyə aldığını, həmin puldan 2500 manat verildiyini, qalan 6260 manatı aralarında bölüşüb ümumi ziyanlarına hesablandığını bildirmişdir. Tərəflar arasında 15 noyabr 2020-ci il tarixdə xurma məhsulunun nisyə alqı-satqı müqaviləsi bağlandığından, xurma məhsulunu təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində malın dəyərini tam ödəməmişdir.Belə olan halda satıcı İddiaçı pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər:ya verilmiş əşyanın ödənilməsini,ya da ki,ödənilməmiş malın qaytarılmasını.Məhkəmə qeyd edir ki,xurma meyvəsinin hətta Cavabdeh göstərdiyi kimi şərikli olaraq,yəni birgə alıcılar tərəfindən alınması halında da satıcı İddiaçı satılmış malın qalıq hissədə olan dəyərini öz arzusu ilə istənilən borcludan tələb etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı verilmiş əşyanın ödənilməsini məhz Cavabdeh tələb etdiyindən, Cavabdeh xurma məhsulunun satışından ödənilməmiş 6260 manat hissəsi tutularaq İddiaçı verilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 82 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdə alınmış xurma məhsuluna görə ödənilməmiş 6260 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh 82 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar