Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-167/2023 03.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci-ci il tarixli 03L000001730 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Bundan sonra İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 ilə bank arasında zaminlik müqavilələri də bağlanmışdır. Daha sonra kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 20 ay müddətinə, aylıq faiz dərəcəsi 1,875 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli və xx.xx.2016cı il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7637,13 ABŞ dolları ödəmiş, onun 7362,87 ABŞ dolları məbləğində əsas borcu, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə borcu qalmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 7362,87 ABŞ dolları əsas, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə məbləği, cəmi 13618,86 ABŞ dolları borcun, ödənilmiş 159,46 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin idarə heyətinin sədri iddia tələbinin həcminin azladılması ilə bağlı məhkəməyə ərizə göndərərək cavabdehlərdən biri olan Cavabdeh2 vəfat etdiyindən, digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh5 müştərək qaydada kredit razılaşması üzrə 7362,87 ABŞ dolları əsas, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə məbləği, cəmi 13618,86 ABŞ dolları borcun, həmçinin ödənilmiş 159,46 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan kredit götürmüşdür. O, isə bankla zaminlik müqaviləsi bağlamış, lakin Cavabdeh1 maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka borcları yaranmışdır. Lakin qeyd edilən mülki iş üzrə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün iddia müddəti keçmişdir. Ona görə də mülki iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin bütünlüklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, cavabdehlərdən biri olan Cavabdeh1 məhkəməyə vəsatət və teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək mülki iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və digər cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh5 iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 501-ci maddəsinin tələblərinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 505-ci maddəsinin tələblərinə əsasən birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh5 qarşı borc tələbinə dair mülki iş üzrə iddia tələbinə iddiaçının qeyd edilən iddia tələbi həcmində baxılmasını qanuni və əsaslı hesab edir. Həmçinin, iş materiallarına əlavə olunmuş xx.xx.2008-ci-ci il tarixli kredit xətti müqaviləsindən və xx.xx.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmış və cavabdehə aylıq faiz dərəcəsi 1,875 faiz olmaqla 20 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş dörd ədəd zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 zamin durmuşlar. Həmin zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh5 zamin durduğu öhdəliklərinin həcmi kredit xətti müqaviləsi üzrə məbləğ 20000 (iyirmi min) ABŞ dolları və müddət isə 120 (bir yüz iyirmi) ay müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli ktredit razılaşmasının ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 15000 ABŞ dolları məbləğində krediti aylıq 1,875% olmaqla hissə-hissə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 18189,17 ABŞ dolları məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə bütün zaminlər imza etmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli sazişin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalıq 12449,56 ABŞ dolları məbləğini aylıq 1.875% olmaqla hissə-hissə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ümumilikdə 15155,82 ABŞ dolları məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə zaminlər imza etməmişlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli sazişin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kreditin qalıq 12449,56 ABŞ dolları məbləğini aylıq 1.4167% olmaqla hissə-hissə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 15506,98 ABŞ dolları məbləğində ödəməli idi. Qeyd edilən ödəniş cədvəlinə zaminlər imza etməmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 2022-ci il noyabr ayının 25-dək 7362,87 ABŞ dolları əsas, 2854,75 ABŞ dolları faiz, 3401,24 ABŞ dolları cərimə, cəmi 13618,86 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 2018-ci il avqust ayının 21-dək 7333,50 ABŞ doları əsas, 843,99 ABŞ dolları cərimə, cəmi 8177,49 ABŞ doları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli üç ədəd ödəniş qəbzindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı QSC-nə olan borcundan ümumilikdə 88,12 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borclarını ödəmələri üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətləri üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqavilələrindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi, kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair vəsatətlərə münasibət bildirərək onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia müddətinin tətbiq edilməklə iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsələr də məhkəmə araşdırmaları zamanı belə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə olmaqla borc məbləğindən ümumilikdə 88,12 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş və bununla da qeyd edilən bu hərəkəti məhkəmə cavabdehlər tərəfindən borcun etiraf edilməsini göstərən hərəkət kimi qəbul edərək hesab edir ki, xx.xx.2023-cü il tarixdən iddia müddətinin axımı kəsilmiş və fasilədən sonra iddia müddəti yenidən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmağa başlanılmışdır. Fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmədiyindən və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehlərə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğundan məhkəmə bildirir ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün qanunla müəyyən edilmiş üç illik iddia müddəti ötürülməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair vəsatətlərin təmin edilməməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən də məhkəmə iclasında həmçinin müəyyən edildi ki, İddiaçı QSC tərəfindən xx.xx.2008-ci-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4 və Cavabdeh5 ilə bank arasında zaminlik müqavilələri bağlanmış, bununla da zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Bundan sonra bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,875 faiz olmaqla 20 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra bank ilə Cavabdeh1 arasında həmin kredit razılaşmasının ödəniş planına dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli sazişlər də bağlanmış və qeyd edilən kredit məbləği bu sazişlərə əlavə olunan ödəniş planlarına uyğun olaraq dəyişdirilmişdir. Bundan sonra da Cavabdeh1 tərəfindən bankdan götürülən kreditin ödənilməsi vaxtlı-vaxtında aparılmamış, bununla da Cavabdeh1 müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Daha sonra iş üzrə zaminlərdən biri olan Cavabdeh2 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən İddiaçı QSC tərəfindən borc məbləğinin digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və Cavabdeh5 müştərək qaydada tutulması məhkəmədən xahiş edilmiş və bu barədə müvafiq ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Bundan əlavə məhkəmə Cavabdeh1 iddiaçıya olan borcunun məbləği ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, İddiaçı QSC cavabdehlərdən 2023-cü il noyabr ayının 25-dək olan borc (əsas, faiz və cərimə) məbləğini tələb etsə də, lakin məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının tələblərini nəzərə alaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixinə, yəni kredit müqaviləsinin bitdiyi tarixə hesablanmış faiz borcu məbləği ilə razılaşır. Belə ki, məhkəmə belə hesab edir ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 kredit müqaviləsinin bitdiyi tarixədək faiz borcu, həmin tarixdən sonra isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının tələblərinə əsasən hesablanmış faiz formasında zərər (real zərər və əldən çıxmış fayda) tələb olunmalı olduğu halda iddiaçı tərəfindən göstərilən şərtlərə riayət olunmadan cavabdehdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün də iddia qaydasında faiz borcu istənilmişdir ki, məhkəmə də bu halı kredit müqaviləsinin bağlanması sahəsində olan qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Beləliklə də Cavabdeh1 banka iddiaçının təqdim etdiyi maliyyə arayışlarına əsasən 7362,87 ABŞ dolları əsas, xx.xx.2018-ci il tarixinə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixədək 0 ABŞ dolları faiz və 3401,24 ABŞ dolları cərimə borcu yaranmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini, tərəflərin əmlak mənafelərini, nəzərə alıb və iş materiallarını araşdırıb hesab edir ki, kreditorun əmlak mənafeləri ilə heç cürə uzlaşmayan 3401,24 ABŞ dolları cərimə məbləği azaldılaraq 600 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa, iddiaçı AccessBank” QSC-nin iddia tələbini zaminlər Cavabdeh3, X3 və Cavabdeh5 aid hissədə təftiş edən məhkəmə, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan, belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İş materiallarına iddiaçının əlavə etdiyi xx.xx.2012-ci il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri ilə təmin edilmiş kredit öhdəliyinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən, kreditor zaminlərə qarşı xx.xx.2019-cu il tarixinədək iddia qaldıra bilərdi. Hazırki işin materiallarına əsasən iddiaçı AccessBank” QSC xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, zaminlər Cavabdeh3, X2 və Cavabdeh5 zaminliyinə bütövlükdə xitam verilməklə onlara münasibətdə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 159,46 manat dövlət rusumunun 130,61 manatı onun xeyrinə Cavabdeh1 tutulmalı və digər qismi, yəni 28,85 manatı isə iddiaçının hesabına aid edilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, yəni Cavabdeh1, 7362,87 ABŞ dolları əsas borc, 600 ABŞ dolları cərimə, cəmi 7962,87 ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc pul və 130,61 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməli, ödənilmiş 159,46 manat dövlət rüsumunun 28,85 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 7362,87 ABŞ dolları əsas, 600 ABŞ dolları cərimə, cəmi 7962,87 (yeddi min doqquz yüz altmış iki ABŞ dolları səksən yeddi sent) ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 130,61 (bir yüz otuz manat altmış bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 28,85 (iyirmi səkkiz manat səksən beş qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-167/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-167/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver