Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-172/2023 10.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-dən illik 1 faizlə 60 ay müddətinə 4920,73 manat kredit verilmişdir. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixədək MMC-nə 4860,87 manat əsas, 168,37 manat faiz, cəmi 5029,20 manat borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, cavabdehlər Cavabdeh 4860,87 manat əsas, 168,37 manat faiz, cəmi 5029,20 manat məbləğində borcun, həmçinin ödənilmiş 71 manat dövlət rüsumunun tutulub Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 4920,73 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 4860,87 manat, faiz borcu üzrə 168,37 manat, cəmi 5029,20 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 4920,73 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 4860,87 manat, faiz borcu üzrə 168,37 manat, cəmi 5029,20 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 71 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 4860,87 manat əsas borc, 168,37 manat faiz borcu, cəmi 5029,20 manat məbləğində borc pul və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4860,87 manat əsas borc, 168,37 manat faiz borcu, cəmi 5029,20 (beş min iyirmi doqquz manat iyirmi qəpik) manat borc pul və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İnkişaf üçün Maliyyə MMC-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-172/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-172/2023
10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver