Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-186/2025 13.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrinin müddəalarına riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi iddiaçı AqrarKredit” QSC Bank Olmayan Kredit Təşkilatının adından iştirak edən onun səlahiyyətli nümayəndəsi kimi göstərilən X3 tərəfindən imzalansa da, lakin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının idarə heyətinin sədri Məhəmməd Musayev tərəfindən X1 adına verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə isə kserosurət olmuşdur (həmin etibarnamənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməlidir). Bundan başqa iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun isə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından deyil, X2 adından ödənildiyi müəyyən olunmuşdur. Həmçinin, cavabdehin yaşayış yeri barədə arayış da iş materiallarına əlavə edilməmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin imperativ norma kimi qeyd edilən bu tələblərinə riayət edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə MPM) 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-nin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. MPM-nin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. MPM-nin 150.1.1, 150.1.2 və 150.1.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), həmçinin dövlət rüsumunun ödənilməsi haqqında sənəd, eyni zamanda iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün iddiaçı tərəfindən yuxarıda sadalanan sübutların təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Həmçinin, MPM-nin 152.1.1-ci, 152.1.2-ci və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, eyni zamanda müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə əlavə edilmiş İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının idarə heyətinin sədri Məhəmməd Musayev tərəfindən X1 adına verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə kserosurət olduğundan, yəni qeyd edilən etibarnamənin əsli, həmçinin cavabdehin yaşayış yeri barədə arayış da iddia ərizəsinə əlavə edilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun isə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının adından deyil, X2 adından ödənildiyi müəyyən olunduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü, 266-cı və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qeyd edilən çatışmazlıqları aradan qaldırdqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-186/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-186/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver