Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-212/2023 04.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faiz dərəcəsi ilə 48 ay müddətinə 15000 manat, xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit kartı müqaviləsinə əsasən illik 25 faizlə 59 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Lakin borclu Cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsi üzrə banka 11944,86 manat əsas, 2578,18 manat faiz və xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsi üzrə isə banka 172,09 manat əsas, 58,45 manat faiz borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsi üzrə 11944,86 manat əsas, 2578,18 manat faiz, cəmi 14523,04 manat və xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsi üzrə 172,09 manat əsas, 58,45 manat faiz borcun, cəmi 230,54 manat və ödənilmiş 134,26 manat dövlət rüsumunun tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Elsevər Əkbərov məhkəməyə ərizə göndərərək bütün məhkəmə baxışı iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 28 faizlə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit kartına dair müqavilədən görünür ki, Cavabdeh illik 25 faizlə 59 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsi üzrə 11944,86 manat əsas, 2578,18 manat faiz, cəmi 14523,04 manat və xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsi üzrə 172,09 manat əsas, 58,45 manat faiz borc, cəmi 230,54 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Kapital Bank» ASC tərəfindən xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28 faizlə 48 ay müddətinə 15000 manat, xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən illik 25 faizlə 59 ay müddətinə 300 manat kredit verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsi üzrə 11944,86 manat əsas, 2578,18 manat faiz, cəmi 14523,04 manat və xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsi üzrə 172,09 manat əsas, 58,45 manat faiz borcu, cəmi 230,54 manat borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 134,26 (bir yüz otuz dörd manat iyirmi altı qəpik) manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3349359A126 saylı kredit müqaviləsi üzrə 11944,86 manat əsas, 2578,18 manat faiz, cəmi 14523,04 manat və xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsi üzrə 172,09 manat əsas, 58,45 manat faiz, cəmi 230,54 manat ümumilikdə 14753,58 manat məbləğində borc pul və 134,26 (bir yüz otuz dörd manat iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh GTKR3349359A126 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 11944,86 manat əsas, 2578,18 manat faiz, cəmi 14523,04 manat və xx.xx.2018-ci il tarixli, **********01944125 saylı kredit kartı müqaviləsi üzrə isə 172,09 manat əsas, 58,45 manat faiz, cəmi 230,54 manat ümumilikdə 14753,58 (on dörd min yeddi yüz əlli üç manat əlli səkkiz qəpik) manat məbləğində borc pul və 134,26 (bir yüz otuz dörd manat iyirmi altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-212/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-212/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver