Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-230/2025 23.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrinin müddəalarına riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı cavabdehin şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiqlənmiş surətini və ya MAPS şöbəsindən arayışı, cavabdehin yaşayış yerindən arayışı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, eyni zamanda iddia tələbinin əsasını təşkil edən digər hallarla bağlı aidiyyəti sənədlərin əsilini və ya lazımi qaydada təsdiqlənmiş surətlərini (dəymiş ziyanı təsdiq edən sənəd və s.) öz ərizəsinə əlavə etməmişdir. Bundan başqa, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinın adından iştirak edən onun səlahiyyətli nümayəndəsi kimi göstərilən X2 tərəfindən imzalansa da, lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov tərəfindən X1 adına verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə isə kserosurət olmuşdur (həmin etibarnamənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməlidir). Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdeh qismində Cavabdeh adı qeyd edilsə də, lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş MAPS şöbəsinin arayışından da göründüyü kimi xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh barəsində məlumat müəyyən olunmamış, həmçinin həmin şəxsin elektron məhkəmə informasiya sistemində qeydiyyatı da mövcud deyildir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin imperativ norma kimi yuxarıda qeyd edilən tələblərinə iddiaçı tərəfindən tam riayət olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə MPM) 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. MPM-nin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. MPM-nin 150.1.1, 150.1.2 və 150.1.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), həmçinin dövlət rüsumunun ödənilməsi haqqında sənəd, eyni zamanda iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün iddiaçı tərəfindən yuxarıda sadalanan sübutların təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Həmçinin, MPM-nin 152.1.1-ci və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov tərəfindən X1 adına verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə kserosurət olduğundan, yəni qeyd edilən etibarnamənin əsli, həmçinin cavabdehin qeydiyyatda olduğu və yaşayış yeri barədə arayış (şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiqlənmiş surəti) da iddia ərizəsinə əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci, 263-264-cü, 266-cı və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qeyd edilən çatışmazlıqları aradan qaldırdqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-230/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-230/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver