Məhkəmə qərarları › İş №2(047)-231/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-231/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-231/2023 27.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı «Finca Azerbaijan” MMM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «Finca Azerbaijan” MMM QBKT Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan” MMM QBKT-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanının 6-cı maddəsinə uyğun olaraq "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0505 saylı, GÜZƏŞTLİ kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 6268.67 (altı min iki yüz altmış səkkiz manat, altmış yeddi qəpik) manat, həmçinin eyni tarixli **********0518 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 3501.03 (üç min beş yüz bir manat, üç qəpik) manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0505 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 5.40 manat, dörd il müddətində isə hər ay 133.32 manat olmaqla və **********0518 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 3.01 manat, dörd il müddətində isə hər ay 74.46 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixə Cavabdeh QBKT-na xx.xx.2019-cu il tarixli, **********0505 saylı kredit müqaviləsi üzrə 6268,67 manat əsas, 84,38 manat faiz və xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsi üzrə isə 3501,03 manat əsas, 78,56 manat faiz borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0505 saylı kredit müqaviləsi üzrə 6268,67 manat əsas, 84,38 manat faiz və xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsi üzrə 3501,03 manat əsas, 78,56 manat faiz borcunun və ödənilmiş 119,33 manat dövlət rüsumunun tutulub «Finca Azerbaijan” MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMM QBKT-nin nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********0505 saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 6268,67 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 3501,03 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023cü il tarixə xx.xx.2019-cu il tarixli, **********0505 saylı kredit müqaviləsi üzrə 6268,67 manat əsas, 84,38 manat faiz və xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsi üzrə 3501,03 manat əsas, 78,56 manat faiz borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMM QBKT tərəfindən xx.xx.2019-cu il tarixli, **********0505 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 6268,67 manat, xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 3501,03 manat kredit verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin QBKT-na iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli, **********0505 saylı kredit müqaviləsi üzrə 6268,67 manat əsas, 84,38 manat faiz və xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsi üzrə 3501,03 manat əsas 78,56 manat faiz borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 119,33 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********0505 saylı kredit müqaviləsi üzrə 6268,67 manat əsas, 84,38 manat faiz və xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsi üzrə 3501,03 manat əsas, 78,56 manat faiz, ümumilikdə 9932,64 manat məbləğində borc pul və 119,33 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı «Finca Azerbaijan” MMM QBKT-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh **********0505 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6268,67 manat əsas, 84,38 manat faiz və xx.xx.2019-cu il tarixli, **********0518 saylı kredit müqaviləsi üzrə isə 3501,03 manat əsas, 78,56 manat faiz, ümumilikdə 9932,64 (doqquz min doqquz yüz otuz iki manat altmış dörd qəpik) manat məbləğində borc pul və 119,33 (bir yüz on doqquz manat otuz üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «Finca Azerbaijan” MMM QBKT-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar