Məhkəmə qərarları › İş №2(047)-236/2023

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-236/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-236/2023 03.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəməyə gəlməmiş, iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, cavabdeh isə gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, Cavabdeh isə məsələnin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borc tələbi barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən ümumi əsaslarla məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidır. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası МPМ-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borc tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar