Məhkəmə qərarları › İş №2(047)-271/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-271/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-271/2023 16.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, BPM**********44 saylı tam kart çərçivə və kredit müqavilələrinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 13200 manat məbləğində nağd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kart krediti verilmişdir. Lakin borclu Cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kart krediti üzrə banka 399,45 manat əsas, 99,04 manat faiz olmaqla cəmi 498,49 manat, nağd kredit üzrə isə banka 10912,69 manat əsas, 1233,90 faiz olmaqla cəmi 12146,59 manat, ümumilikdə 12645,08 manat borcu yaranmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh kart krediti üzrə 399,45 manat əsas, 99,04 manat faiz olmaqla cəmi 498,49 manat, nağd kredit üzrə isə 10912,69 manat əsas, 1233,90 faiz olmaqla cəmi 12146,59 manat, ümumilikdə 12645,08 manat borcun və ödənilmiş 128,34 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nurlan Muradov məhkəməyə ərizə göndərərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, BPM**********44 saylı tam kart çərçivə və kredit müqavilələrindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 13200 manat məbləğində nağd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kart krediti verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023cü il tarixə kart krediti üzrə banka 399,45 manat əsas, 99,04 manat faiz olmaqla cəmi 498,49 manat, nağd kredit üzrə isə banka 10912,69 manat əsas, 1233,90 faiz olmaqla cəmi 12146,59 manat, ümumilikdə 12645,08 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli, BPM**********44 saylı tam kart çərçivə və kredit müqavilələrinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 13200 manat məbləğində nağd, 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kart krediti verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə kart krediti üzrə 399,45 manat əsas, 99,04 manat faiz olmaqla cəmi 498,49 manat, nağd kredit üzrə isə 10912,69 manat əsas, 1233,90 faiz olmaqla cəmi 12146,59 manat, ümumilikdə 12645,08 manat borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 128,34 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh kart krediti üzrə 399,45 manat əsas, 99,04 manat faiz olmaqla cəmi 498,49 manat, nağd kredit üzrə isə 10912,69 manat əsas, 1233,90 faiz olmaqla cəmi 12146,59 manat, ümumilikdə 12645,08 manat borc pul və ödənilmiş 128,34 manat dövlət rüsumu tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh kart krediti üzrə 399,45 manat əsas, 99,04 manat faiz olmaqla cəmi 498,49 manat, nağd kredit üzrə isə 10912,69 manat əsas, 1233,90 faiz olmaqla cəmi 12146,59 manat, ümumilikdə 12645,08 (on iki min altı yüz qırx beş manat səkkiz qəpik) manat borc pul və ödənilmiş 128,34 (bir yüz iyirmi səkkiz manat otuz dörd qəpik) manat dövlət rüsumu tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar