Məhkəmə qərarları › İş №2(047)-28/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-28/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-28/2023 17.03.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı «İdeal Kredit” BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «İdeal Kredit” BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı «İdeal Kredit” BOKT MMC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, 24 aprel 2015-ci il tarixdə, 29 aprel 2015-ci il tarixdə və 13 may 2015-ci il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 04/286, 04/289 və 05/303 nömrəli kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh1 iddiaçı tərəfindən ev tikintisi və təmiri üçün 60000 (altmış min) ABŞ dolları, 30000 (otuz min) ABŞ dolları və 36000 (otuz altı min) ABŞ dolları məbləğində kredit ayrılmışdır. Cavabdeh hər üç kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətində kreditlərin əsas məbləğləri və ona hesablanmış faizləri kredit müqavilələrinin 1 saylı əlavələrindəki qrafiklər üzrə ödəməli idi. Lakin borcalanın müraciəti ilə onun xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələri üzrə öhdəlikləri xx.xx.2016-ci il tarixli, 08/017 saylı kredit müqaviləsi əsasında birləşdirilərək restrukturizasiya edilmişdir. Həmin xx.xx.2016-ci il tarixli, 08/017 saylı kredit müqaviləsinə əsasən borcalan 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində krediti 36 (otuz altı) ay müddətində qaytarmalı idi. Həmçinin, borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 23 avqust 2016-cı il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi də bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2, Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" BOKT MMC kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini yenə də mütəmadi olaraq pozaraq heç bir ödəniş etməmişlər. Cavabdehlər xx.xx.2018-ci il tarixdə yenidən müraciət edərək kreditin təkrar restrukturizasiya edilməsini xahiş etmişlər. Bu səbəbdən də tərəflər arasında xx.xx.2018-ci il tarixdə 08/017 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı razılaşma bağlanmışdır. Həmin razılaşma əsasında cavabdehlərin 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində kreditinin qalıq məbləğinin (111000 ABŞ dolları) illik faiz dərəcəsi 20 faizdən 17 faizə endirilərək 60 ay müddətində ödənilməsi üçün yenidən restrukturizasiya edilmişdir. Buna baxmayaraq cavabdehlər kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuş və ödənişi tamamilə dayandırmışlar. Cavabdehlərin xx.xx.2022-ci il tarixə iddiaçıya əsas borc üzrə 74026.52 (yetmiş dörd min iyirmi altı ABŞ dolları əlli iki sent) ABŞ dolları, faiz borcu üzrə 52931 (əlli iki min doqquz yuz otuz bir) ABŞ dolları, cərimə borcu üzrə isə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları olmaqla ümumilikdə 259603.29 (iki yüz əlli doqquz min altı yüz üç ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 74026.52 (yetmiş dörd min iyirmi altı ABŞ dolları əlli iki sent) ABŞ dolları, faiz borcu üzrə 52931 (əlli iki min doqquz yuz otuz bir) ABŞ dolları, cərimə borcu üzrə isə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları olmaqla ümumilikdə 259603.29 (iki yüz əlli doqquz min altı yüz üç ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 732 (yeddi yüz otuz iki) manat məbləğində pulun tutulub «İdeal Kredit” BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İdeal Kredit” BOKT MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015ci il tarixli 05/303 saylı kredit müqavilələrindən görünür ki, Cavabdeh1 iddiaçı tərəfindən 24 ay müddətinə müvafiq olaraq 22 və 24 faiz ödəmək şərtilə ev tikintisi və təmiri üçün 60000 (altmış min) ABŞ dolları, 30000 (otuz min) ABŞ dolları və 36000 (otuz altı min) ABŞ dolları məbləğində kreditlər verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələri üzrə öhdəlikləri birləşdirilərək restrukturizasiya edilmiş, borcalan Cavabdeh1 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində krediti 36 (otuz altı) ay müddətində illik 20 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüş və eyni zamanda həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş 08/017 saylı, xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 1 saylı razılaşmadan və ərizədən görünür ki, Cavabdeh1 kreditinin qalıq məbləğinin, yəni 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində pulun illik faiz dərəcəsi 20 faizdən 17 faizə endirilərək 60 ay müddətində ödənilməsi üçün yenidən restrukturizasiya edilmiş, həmçinin digər Cavabdeh2 08/017 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi şərtlərinin dəyişdirilməsinə etiraz etmədiyini və eyni zamanda Cavabdeh1 "xxxx" BOKT MMC qarşısında olan öhdəliklərinin tam şəkildə ödənilib bağlanılmasınadək zamin olaraq qalacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehlərin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 74026.52 (yetmiş dörd min iyirmi altı ABŞ dolları əlli iki sent) ABŞ dolları, faiz borcu üzrə 52931 (əlli iki min doqquz yuz otuz bir) ABŞ dolları, cərimə borcu üzrə isə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları olmaqla ümumilikdə 259603.29 (iki yüz əlli doqquz min altı yüz üç ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcun ödənilməsi üçün pretenziya məktubları göndərilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8051 nömrəli ekspertiza rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 72.118,08 ABŞ dolları və faiz borcu üzrə 29.298,17 ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmiş, lakin tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da BOKT tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə borcunun hesablanması nəzərdə tutulmadığından Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələrinə əsasən Cavabdeh1 iddiaçı tərəfindən 24 ay müddətinə müvafiq olaraq 22 və 24 faiz ödəmək şərtilə ev tikintisi və təmiri üçün müvafiq olaraq bir dəfə 60000 (altmış min) ABŞ dolları, bir dəfə 30000 (otuz min) ABŞ dolları və bir dəfə də 36000 (otuz altı min) ABŞ dolları məbləğində kreditlər verilmiş, sonradan "xxxx" BOKT MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 04/286 saylı, xx.xx.2015-ci il tarixli 04/289 saylı və xx.xx.2015-ci il tarixli 05/303 saylı kredit müqavilələri üzrə öhdəlikləri birləşdirilərək restrukturizasiya edilmiş, Cavabdeh1 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində krediti 36 (otuz altı) ay müddətində illik 20 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüş və eyni zamanda həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuş, daha sonra isə "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 08/017 saylı, xx.xx.2016-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli 1 saylı razılaşmaya və Cavabdeh2 iddiaçı İdeal Kredit” BOKT MMC-nə ünvanladığı ərizəyə əsasən Cavabdeh1 kreditinin qalıq məbləğinin, yəni 111000 (bir yüz on bir min) ABŞ dolları məbləğində pulun illik faiz dərəcəsi 20 faizdən 17 faizə endirilərək 60 ay müddətində ödənilməsi üçün yenidən restrukturizasiya edilmiş, həmçinin digər Cavabdeh2 08/017 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi şərtlərinin dəyişdirilməsinə etiraz etmədiyini və eyni zamanda Cavabdeh1 "xxxx" BOKT MMC qarşısında olan öhdəliklərinin tam şəkildə ödənilib bağlanılmasınadək zamin olaraq qalacağını bildirmiş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyini yerinə yetirmədikdə zamin borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin həmin müqaviləyə əsasən cavabdehlər öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və onların BOKT-a iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 74026.52 (yetmiş dörd min iyirmi altı ABŞ dolları əlli iki sent) ABŞ dolları, faiz borcu üzrə 52931 (əlli iki min doqquz yuz otuz bir) ABŞ dolları, cərimə borcu üzrə isə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları olmaqla ümumilikdə 259603.29 (iki yüz əlli doqquz min altı yüz üç ABŞ dolları iyirmi doqquz sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan başqa cavabdehlərin kredit müqaviləsinə əsasən borclarının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müvafiq ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 72.118,08 ABŞ dolları və faiz borcu üzrə 29.298,17 ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmiş, lakin tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da BOKT tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimə borcunun hesablanması nəzərdə tutulmadığından Cavabdeh1 cərimə borcu hesablanmamışdır ki, məhkəmə də qeyd edilən ekspert rəyinin əsas və faiz borcuna aid hissəsi ilə razılaşır, lakin Cavabdeh1 cərimə borcunun hesablanmamasına aid olan hissəsi ilə isə razılaşmır. Belə ki, iddiaçı "xxxx" BOKT MMC tərəfindən iddia ərizəsinə və maliyyə arayışına əsasən cavabdehlərdən cərimə borcu üzrə 132645.77 (bir yüz otuz iki min altı yüz qırx beş ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları məbləğində pulun tutulması tələb edilsə də məhkəmə MM-nin 467-ci maddəsinin tələbləri baxımından dəbbə pulunun azaldılması və iddianın cərimə hissəsində 9000 ABŞ dolları məbləğində tutulmalı olduğunu qeyd edir. Qeyd edilənlərə əsasən də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 72.118,08 ABŞ dolları, faiz borcu üzrə 29.298,17 ABŞ dolları və cərimə borcu üzrə isə 9000 ABŞ dolları məbləğində pulun iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 732 manat dövlət rusumunun 477,71 manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı, digər qismi, yəni 254,29 manatı isə iddiaçının hesabına aid edilməli, 100 manat ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 50 manatı isə "xxxx" BOKT MMC-dən dövlət nəfinə tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 72.118,08 ABŞ dolları, faiz borcu üzrə 29.298,17 ABŞ dolları və cərimə borcu üzrə isə 9000 ABŞ dolları, cəmi 110.416,25 ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 477,71 manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 254,29 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8051 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 50 manatı isə "xxxx" BOKT MMC-dən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 72.118,08 ABŞ dolları, faiz borcu üzrə 29.298,17 ABŞ dolları və cərimə borcu üzrə isə 9000 ABŞ dolları,cəmi 110.416,25 (bir yüz on min dörd yüz on altı ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 477,71 manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 254,29 (iki yüz əlli dörd manat iyirmi doqquz qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 9/8051 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada və 50 (əlli) manatı isə "xxxx" BOKT MMC-dən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE ********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar