Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-281/2023 17.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban, 147H0558196 mühərrik nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün İddiaçı MMC borcluya qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 16 may 2022-ci il tarixli 2(047)- 267/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək MAS-3303 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Khazar SD” minik markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 2037.56 manat borcun tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 21 sentyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1357.20 manat maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Odur ki, Cavabdeh lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban nömrəli, ağ rəngli avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 1357.20 manat pul vəsaitinin və ödənilmiş 33.58 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçıMMC-nin direktoru R.A.İsmayılov məhkəməyə ərizə göndərərək bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq müqaviləsindən və həmin tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban, 147H0558196 mühərrik nömrəli, ağ rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KHAZAR SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, MAS-3303 saylı lizinq müqaviləsinə 3 nömrəli əlavə olan lizinq ödənişləri cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 397,67 manat olmaqla ümumilikdə 22488 manat ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(047)-267/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban, 147H0558196 mühərrik nömrəli, ağ rəngli avtomobilin Cavabdeh alınıb mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması və Cavabdeh 1060,98 manat gecikdirilmiş əsas borc, 926,58 manat gecikdirilmiş mükafat, 50 manat cərimə, cəmi 2037,56 (iki min otuz yeddi manat əlli altı qəpik) manat məbləğində borc pulun və 42.48 (qırx iki manat qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rusumunun tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməsi və iddia tələbinin digər hissədə isə rədd olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş X1 və X2 tərəfindən tərtib edilmiş təhvil-təslim aktından görünür ki, «Azərmaş” MMC-yə məxsus olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçı «Azərmaş” MMC-nin nümayəndəsi tərəfindən istifadəyə yararsız vəziyyətdə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş «Azərmaş” MMC servis mərkəzi tərəfindən verilmiş qüsur aktından görünür ki, «Azərmaş” MMC-yə məxsus “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 1357,20 manat həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə 1357,20 manat məbləğində dəymiş ziyanı ödəməli olduğu barədə xəbərdarlıq edilmişdir. Bundan əlavə, Azərbaycan Republikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. MM-in 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. MM-in 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməli və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə də məhkəmə iclasında müəyyən edilmişdir ki, «Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı “KHAZAR SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil 16700 manat məbləğinə «Azərmaş” MMC-nin mülkiyyətinə alınmış, həmin avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş və “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu «Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə iddiaçı «Azərmaş” MMC-nə sonuncu ödəniş 18 avqust 2021-ci il tarixdə 815 manat məbləğində olmuş və bununla da cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də iddiaçı «Azərmaş” MMC lizinq müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən müqavilədə müəyyən edilmiş qrafik üzrə yerinə yetirilmədiyindən məcbur olub qeyd edilən tələblə məhkəməyə müraciət etmiş və Laçın Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(047)-267/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli MAS-3303 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban, 147H0558196 mühərrik nömrəli, ağ rəngli avtomobilin Cavabdeh alınıb mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması və Cavabdeh 1060,98 manat gecikdirilmiş əsas borc, 926,58 manat gecikdirilmiş mükafat, 50 manat cərimə, cəmi 2037,56 (iki min otuz yeddi manat əlli altı qəpik) manat məbləğində borc pulun və 42.48 (qırx iki manat qırx səkkiz qəpik) manat ödənilmiş dövlət rusumunun tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməsi və iddia tələbinin digər hissədə isə rədd olunması qət edilmişdir. Bundan sonra X1 və X2 tərəfindən tərtib edilmiş təhvil-təslim aktına əsasən «Azərmaş” MMC-yə məxsus olan “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçı «Azərmaş” MMC-nin nümayəndəsi tərəfindən istifadəyə yararsız vəziyyətdə təhvil alınmış və «Azərmaş” MMC servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən «Azərmaş” MMC-yə məxsus “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 1357,20 manat həcmində müəyyən edilmişdir. Daha sonra Cavabdeh həmin avtomobilə 1357,20 manat məbləğində dəymiş ziyanı ödəməli olduğu barədə xəbərdarlıq edilsə də qeyd edilən vurulmuş ziyan məbləği hal-hazıradək cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddiaçı «Azərmaş” MMC məcbur olub belə bir tələblə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə iddia tələbinin təmin olunmasını, yəni Cavabdeh 1357,20 manat məbləğində dəymiş ziyanın tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33,58 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, yəni Cavabdeh lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban nömrəli, ağ rəngli avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 1357.20 manat pul və 33.58 manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilməlidır. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320609 ban nömrəli, ağ rəngli avtomobilin təmirbərpa olunması üçün tələb olunan 1357.20 (bir min üç yüz əlli yeddi manat iyirmi qəpik) manat pul və 33.58 (otuz üç manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı «Azərmaş” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-281/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-281/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver