Məhkəmə qərarları › İş №2(047)-283/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-283/2025

07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-283/2025 07.02.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, ərizəçi İddiaçı borclu Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi İddiaçı borclu Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi özünün, borclunun şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiqlənmiş surətlərini və ya MAPS şöbəsindən arayışları, özünün və borclunun yaşayış yerindən arayışları, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, eyni zamanda iddia tələbinin əsasını təşkil edən digər hallarla bağlı aidiyyəti sənədlərin (doğum haqında şəhadətnaməkərin təsdiqlənmiş surətləri və s.) əsilini və ya lazımi qaydada təsdiqlənmiş surətlərini öz ərizəsinə əlavə etməmişdir. Bundan əlavə ərizəçi icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda, məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Göstərilənlərə əsasən də belə müəyyən olunur ki, ərizəçi tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə tam riayət edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə MPM) 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. MPM-nin 149.2-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı, ərizəçinın, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), borcluin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, borcluin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, ərizəçinın və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə borcluə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, borclulə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat,“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. MPM-nin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, ərizəçinın vəsatətləri də göstərilir. MPM-nin 150.1.1 və 150.1.5-ci maddələrinə əsasən borclulərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), həmçinin iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, MPM-nin 150.3-cü maddəsinə əsasən ərizəçi ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün ərizəçi tərəfindən yuxarıda sadalanan və MPM-nin 149-150-ci maddələrində göstərilən sübutların təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Bundan əlavə, MPM-nin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə ərizəçi tərəfindən ərizənin forma və məzmununa riayət edilmədiyindən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ərizəçiyə icra icraatı qaydasında təkrar məhkəməyə müraciət etmək hüququnun olduğunun izah olunması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu, 149-152-ci, 263-264-cü, 266-cı və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi İddiaçı borclu Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi qeyd edilən çatışmazlıqları aradan qaldırdqdan sonra icra icraatı qaydasında təkrar məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar