Məhkəmə qərarları › İş №2(047)-315/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-315/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-315/2023 15.05.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, cavabdeh X7 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X9 adlı bir uşağı anadan olmuşdur. Uşaq hal-hazırda onun himayəsindədir. Uşağın saxlanılması üçün Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-203/2019 saylı qətnaməsinə əsasən cavabdehdən sabit pul məbləğində hər ay hər 90 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdehlə birgə yaşadığı vaxtdan bilir ki, onun uşağa baxmaq üçün kifayət qədər iş imkanları və qazancı vardır. Amma hazırda aldığı alimentin miqdarı 90 manat təşkil edir. Ailə problemlərinin və uşağın diqqətəlayiq ehtiyaclarının artması ona çətinlik yaradır. Uşağın tələbatını həmin alimentlə təmin edə bilmir. Odur ki, cavabdeh X2 tutulan alimentin miqdarının artırılaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qismən qəbul edir. Belə ki, o, heç bir yerdə işləmir və maddi imkanı da çox aşağıdır. Bundan başqa ondan tutulan 90 manat alimenti də ödəməkdə çətinlik çəkir. Əlavə olaraq bildirir ki, o, əlilliklə bağlı 327,21 manat pensiya alır. Həmçinin o, başqa nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Oruc adlı uşağının saxlanılması üçün sabit pul məbləğində aliment də ödəyir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin qismən, yəni hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X9 adlı bir uşağı anadan olmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahı xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-203/2019 saylı qətanəməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Yevlax rayon məhkəməsinin xx.xx.2012-ci il traixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi və X2 xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-203/2019 saylı icra sənədinə əsasən X3 pensiyasından hər ay 90 manat İddiaçı xeyrinə tutulma aparılır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 X1 ilə birgə nikahından xx.xx.2008-ci il tarixdə X10 adlı bir uşağı anadan olmuşdur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, X7 əlilliyə görə 327,21 manat pensiya alır. İş materiallarına əlavə olunmuş mediator X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı ilə cavabdeh X7 xx.xx.2023-cü il tarixə saat 11:00-11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancının (başqa gəlirlərin) dörddə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideyn (lər) və ya uşağı tərbiyə edən şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cü maddəsinə əsasən, valideyinlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə məhkəmə tərəflərin məhkəməyə verdiyi izahatlarında göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh X2 xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları, yəni cavabdehin maddi vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən subutları tam məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə tələb olunan alimenti ödəməyə imkanının çatmamasını, maddi vəziyyətinin ağır olmasını və hal-hazırkı halda məhkəmə tərəfindən müəyyən edilmiş alimentin ödənilməsində çətinlik çəkməsini qeyd etməklə, məhkəmə bildirir ki, cavabdeh də izahatında tam səmimi deyildir. Bununla belə məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan aliment üzrə uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamanda cavabdehin qazancının qeyri-müntəzəm olmasını, iddiaçının iddia tələbini, həmçinin cavabdehin əlilliyə görə pensiya almasını, bundan başqa cavabdeh X3 başqa şəxslə olan nikahından hal-hazırda yetkinlik yaşına çatmayan bir övladının olmasını, bundan əlavə 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-203/2019 saylı qətnaməsi ilə X2 tutulan alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq X2 xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 112-ci və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(017)-203/2019 saylı qətnaməsi ilə X2 tutulan alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq X2 xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar