Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-325/2023 23.06.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixli 05L000001955 saylı kredit xətti müqaviləsinə əsasən X6 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2014cü il tarixli sazişlə kredit xəttinin müddəti 158 ay, məbləği isə 200000 (iki yüz min) ABŞ dolları həddində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Bundan sonra İddiaçı QSC ilə X8 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri də bağlanmışdır. Daha sonra kredit xətti müqaviləsi üzrə X8 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05R000009773 saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz оlmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. X4еdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. X8 götürdüyü krеdit bоrcundan 18772,81 ABŞ dolları ödəmiş, onun 1227,19 ABŞ dolları məbləğində əsas borcu, 2121,61 ABŞ dolları faiz, 1432,86 ABŞ dolları cərimə borcu qalmışdır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən X5 xx.xx.2019-cu il tarixdə vəfat etdiyi banka məlum olmuşdur. Bundan sonra bank tərəfindən müvafiq notariat orqanlarına və aidiyyəti qurumlara sorğular göndərilmiş, lakin X5 adına vərəsəlik işinin açılmadığı və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrinin olmadığı müəyyənləşmişdir. X1 qanun və ya vəsiyyətnamə üzrə vərəsələri olmadığından kredit müqaviləsi üzrə borcun zaminlərdən tələb edilməsi zərurəti yaranmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit razılaşması üzrə 1227,19 ABŞ dolları əsas, 2121,61 ABŞ dolları faiz, 1432,86 ABŞ dolları cərimə məbləği, cəmi 4787,66 ABŞ dolları borcun, ödənilmiş 101,39 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin idarə heyətinin sədri Davit Tsiklauri iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək X5 vəfat etməsi və onun vərəsələrinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə kredit razılaşması üzrə 1227.19 ABŞ dolları məbləğində əsas kredit borcu, 2121.61 ABŞ dolları məbləğində faiz borcu və 1432.86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4787 (dörd min yeddi yüz səksən yeddi) ABŞ Dolları 66 (altmış altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 101.39 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin, Azərbaycan Respublikasının MM-nin 501-ci maddəsinin tələblərinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 505-ci maddəsinin tələblərinə əsasən birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə iddiaçının qeyd edilən iddia tələbi həcmində baxılmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsindən, xx.xx.2014-cü il tarixli sazişdən və kredit razılaşmasından görünür ki, X6 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində krеdit хətti açılmış, sonradan kredit xəttinin müddəti 158 ay, məbləği isə 200000 (iki yüz min) ABŞ dolları həddində müəyyən edilmiş və X6 aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli iki ədəd zaminlik müqaviləsindən, həmçinin xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə sazişdən görünür ki, İddiaçı QSC ilə X8 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli beş ədəd sazişdən görünür ki, X5 İddiaçı QSC-dən götürdüyü kredit məbləğinin ödəniş planına müvafiq qaydada dəyişikliklər edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 2023-cü il fevral ayının 09-dək 1227,19 ABŞ dolları əsas, 2121,61 ABŞ dolları faiz, 1432,86 ABŞ dolları cərimə, cəmi 4787,66 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin 2019-cu il aprel ayının 25-dək 1227,19 ABŞ dolları əsas, 893,19 ABŞ dolları faiz, 2,96 ABŞ dolları cərimə, cəmi 2123,34 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən müvafiq notariat orqanlarına və aidiyyəti qurumlara ünvanlanan sorğuların cavablarından görünür ki, X5 adına vərəsəlik işinin açılmadığı və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrinin olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borclarını ödəmələri üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sönrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericiliklə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən uzunmüddətli kredit müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, uzunmüddətli kredit müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün uzunmüddətli kredit müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Uzunmüddətli kredit müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası uzunmüddətli kredit müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bundan əlavə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, uzunmüddətli kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Qeyd edilənlərə əsasən də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı QSC tərəfindən xx.xx.2011-ci il tarixli kredit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli sazişə və kredit razılaşmasına əsasən X6 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmış, sonradan kredit xəttinin müddəti 158 ay, məbləği isə 200000 (iki yüz min) ABŞ dolları həddində müəyyən edilmiş və X6 aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra kredit xətti müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri və zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə saziş bağlanmış, bununla da zaminlik müqavilələrinə və sazişə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Bundan başqa bank ilə X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli beş ədəd sazişə əsasən X5 İddiaçı QSC-dən götürdüyü kredit məbləğinin ödəniş planına müvafiq qaydada dəyişikliklər edilmiş, qeyd edilən sazişlər üzrə zaminlərin razılığı alınmasa da, lakin məhkəmə belə hesab edir ki, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadının hüquqi mövqeyi baxımından zaminlərin, yəni Cavabdeh1 və Cavabdeh2, X5 İddiaçı QSC-dən götürdüyü kredit məbləğinin ödənilməsi barədə öhdəliklərindən azad etmir, baxmayaraq ki, qeyd edilən sazişlərlə bağlı zaminlərin razılığı alınmamışdır. Çünki tərəflər arasında yaranan kredit münasibətləri Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qanuni qüvvəyə minənədək yaranmışdır. Bundan sonra X8 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən İddiaçı QSC tərəfindən müvafiq notariat orqanlarına və aidiyyəti qurumlara sorğular ünvanlanmış və həmin sorguların cavablarına əsasən də X5 adına vərəsəlik işinin açılmadığı və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrinin olmadığı müəyyən olunmuşdur. Ona görə də İddiaçı QSC iş üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyd edilən iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etsə də onun İddiaçı QSC qarşısında olan öhdəliklərinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zamin durduğundan və hal-hazıradək X5 varisləri müəyyən olunmadığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli və 19 aprel 2023-cü il tarixli qərarlarının hüquqi mövqeyi baxımından X5 İddiaçı QSC qarşısında olan öhdəliklərinin icrası üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tam məsuliyyət daşımalıdırlar. Həmçinin, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya olan borcunun məbləği ilə bağlı əlavə olaraq onu da qeyd edir ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2023-cü il fevral ayının 09-dək olan borc məbləğini tələb etsə də, lakin məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının tələblərini nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixinə, yəni kredit müqaviləsinin bitdiyi tarixə hesablanmış faiz borc məbləği ilə razılaşır. Belə ki, məhkəmə belə hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsinin bitdiyi tarixədək faiz borcu, həmin tarixdən sonra isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının tələblərinə əsasən hesablanmış faiz formasında zərər (real zərər və əldən çıxmış fayda) tələb olunmalı olduğu halda iddiaçı tərəfindən göstərilən şərtlərə riayət olunmadan cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün də iddia qaydasında faiz borcu istənilmişdir ki, məhkəmə də bu halı kredit müqaviləsinin bağlanması sahəsində olan qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Qeyd edilənlərə əsasən də cavabdehlərin İddiaçı QSC-nə xx.xx.2023-cü il tarixə 1227,19 ABŞ dolları əsas, 1432,86 ABŞ dolları cərimə və kredit müqaviuləsinin bitdiyi tarixə, yəni xx.xx.2019-cu il tarixinə isə 893,19 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərini, tərəflərin əmlak mənafelərini, nəzərə alıb və iş materiallarını araşdırıb hesab edir ki, kreditorun əmlak mənafeləri ilə heç cürə uzlaşmayan 1432,86 ABŞ dolları cərimə məbləği azaldılaraq 300 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 101,39 manat dövlət rusumunun 62 manatı onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalı və digər qismi, yəni 39,39 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1227,19 ABŞ dolları əsas borc, 893,19 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə, cəmi 2420,38 ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc pul və 62 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə ödənilməli, ödənilmiş 101,39 manat dövlət rüsumunun 39,39 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1227,19 ABŞ dolları əsas, 893,19 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə, cəmi 2420,38 (iki min dörd yüz iyirmi ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları məbləğində pul ödəniləcək günə Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun borc və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 39,39 (otuz doqquz manat otuz doqquz qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-325/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-325/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver