Məhkəmə qərarları › İş №2(047)-346/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-346/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-346/2023 01.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ X1 Cavad oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Kənan Kazımov xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə göndərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6499,66 manat əsas, 1194,08 manat məbləğində faiz, 973,78 manat dəbbə pulu olmaqla ümumilikdə 8667,52 manat borcun və eyni zamanda 93 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 91,2 qram olan qızılzinət əşyalarına yönəldilməsi, onların açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına tələb edilən borcun və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, lakin qeyd edilən ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun verilmədiyindən, yəni qeyd edilən ərizə iddiaçının nümayəndəsi tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilmədiyindən, eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən həmin ərizənin verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsinə, həmçinin iddiaçının nümayəndəsi qeyd edilən ərizənin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən qeyd edilən ərizənin mülki məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasına ilkin iddia tələbi həcmində baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz olmaqla 6623 manat kredit verilmiş və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus ümumi çəkisi 91,2 qram olan qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Həmçinin "xxxx" ASC ilə Cavabdeh2 arasında həmin kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit müqaviləsi bağlanıldığı müddətdən xx.xx.2023-cü il tarixə kimi cavabdehin təşkilata ödənilməmiş 6499,66 manat əsas borcu, 795,17 manat məbləğində faiz borcu qalmışdır. Dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina etmişlər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6499,66 manat əsas, 795,17 manat məbləğində faiz borcu olmaqla cəmi 7294,83 manat borcun və eyni zamanda 93 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 91,2 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, onların açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına tələb edilən borcun və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Kənan Kazımov məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələrindən görünür ki, "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 26 faiz olmaqla 36 ay müddətinə 6623 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli girov müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş aktdan görünür ki, kredit üzrə girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 məxsus 1 ədəd sep, 1 ədəd üzük əyarı 583, çəkisi 45,1 qram, 1 ədəd sep (hil) əyarı 583, çəkisi 31,1 qram və 1 ədəd kolye (br)+lom, əyarı 583, çəkisi 15 qram, ümumi çəkisi 91,2 qram olan qızılzinət əşyaları girov qoyulmuş, həmin qızıl-zinət əşyaları girov qoyan tərəfindən bankın xəzinədarı Rəşad Xəlifəquliyevə təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 6499,66 manat əsas, 795,17 manat məbləğində faiz borcu qalmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişlərindən görünür ki, təşkilat cavabdehlərə borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx"Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit, zaminlik və girov müqavilələrinə əsasən Cavabdeh1 36 ay müddətinə, 26 % dərəcəsini tətbiq etməklə, 6623 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh2 zamin durmuş və bununla da kredit müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bundan başqa kredit müqaviləsinin icrasının təminatı olaraq Cavabdeh1 məxsus 1 ədəd sep, 1 ədəd üzük əyarı 583, çəkisi 45,1 qram, 1 ədəd sep (hil) əyarı 583, çəkisi 31,1 qram və 1 ədəd kolye (br)+lom, əyarı 583, çəkisi 15 qram, ümumi çəkisi 91,2 qram olan qızılzinət əşyaları girov qoyulmuş, həmin qızıl-zinət əşyaları girov qoyan tərəfindən bankın xəzinədarı Rəşad Xəlifəquliyevə təhvil verilmiş və Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə 6499,66 manat əsas, 795,17 manat məbləğində faiz borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinin tələbinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə belə hesab edir ki, cavabdehlər bank qarşısında olan öhdəliklərini lazımınca icra etmədiyindən tutma Cavabdeh1 tərəfindən kredit məbləğinin ödənilməsinin təminatı kimi girov qoyulmuş qizilzinət əşyalarına yönəldilməli və həmin əmlaklar hərracda (açıq auksionda) satılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 93 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6499,66 manat əsas borc, 795,17 manat məbləğində faiz borcu, cəmi 7294,83 manat məbləğində borc pul və eyni zamanda 93 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb Cavabdeh1 məxsus 1 ədəd sep, 1 ədəd üzük əyarı 583, çəkisi 45,1 qram, 1 ədəd sep (hil) əyarı 583, çəkisi 31,1 qram və 1 ədəd kolye (br)+lom, əyarı 583, çəkisi 15 qram, ümumi çəkisi 91,2 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, onlar hərracda (açıq auksionda) satılaraq tələb edilən borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyana - Cavabdeh1 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6499,66 manat əsas, 795,17 manat faiz borcu, cəmi 7294,83 (yeddi min iki yüz doxsan dörd manat səksən üç qəpik) manat məbləğində borc pul və 93 (doxsan üç) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma girov müqaviləsi ilə yüklü edilmiş-Cavabdeh1 məxsus 1 ədəd sep, 1 ədəd üzük əyarı 583, çəkisi 45,1 qram, 1 ədəd sep (hil) əyarı 583, çəkisi 31,1 qram və 1 ədəd kolye (br)+lom, əyarı 583, çəkisi 15 qram, ümumi çəkisi 91,2 qram olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin əmlaklar hərracda (açıq auksionda) satılsın və əldə olunan vəsait hesabına hazırkı qətnamə ilə tutulan borc ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi girov qoyana- Cavabdeh1 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar