Məhkəmə qərarları › İş №e-2(012)-582/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-582/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-582/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «30» Aprel 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1183.24 (bir min yüz səksən üç 24 qəpik) manat, faiz borcu üzrə 88.28 (səksən səkkiz 28 qəpik) manat, cərimə üzrə 58.27 (əlli səkkiz 27 qəpik) manat olmaqla ümumilikdə 1329.79 (bir min üç yüz iyirmi doqquz 79 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 34 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın «30» Aprel 2024-cü il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 məxsus 100 manat dəyərində olan çəkisi 1.7 qr olan 585 əyar 1 ədəd sırğa və 290 manat dəyərində olan çəkisi 4.8 qr olan 585 əyar 2 ədəd üzük qızılzinyət əşayalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayyət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış «30» Aprel 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə «30» Oktyabr 2025-ci il tarixə qədər aylıq qalıq borcun 31 % dərəcəsini tətbiq etməklə 1300 manat (bir min üç yüz manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «30» Aprel 2024- cü il tarixli girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus 100 manat dəyərində olan çəkisi 1.7 qr olan 585 əyar 1 ədəd sırğa və 290 manat dəyərində olan çəkisi 4.8 qr olan 585 əyar 2 ədəd üzük adlı qızıl-zinət əşyaları Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə girov qoyulmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında «30» Aprel 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 və Cavabdeh1 «03» Oktyabr 2024-cü il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1183.24 (bir min yüz səksən üç 24 qəpik) manat, faiz üzrə 88.28 (səksən səkkiz 28 qəpik) manat, cərimə üzrə 58.27 (əlli səkkiz 27 qəpik) manat olmaqla ümumilikdə 1329.79 (bir min üç yüz iyirmi doqquz 79 qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «30» Aprel 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə olan əsas borc üzrə 1183.24 manat, faiz borcu üzrə 123.5 manat, cərimə üzrə 145.89 manat olmaqla ümumilikdə 1452.68 manat və dövlət rüsumu kimi ödənilmiş 34 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın «30» Aprel 2024-cü il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 qızma məxsus 100 manat dəyərində olan çəkisi 1.7 qr olan 585 əyar 1 cüt sırğa və 290 manat dəyərində olan çəkisi 4.8 qr olan 585 əyar 2 ədəd üzük qızıl-zinyət əşayalarma yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayyət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «30» Aprel 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə olan əsas borc üzrə 1183.24 manat, faiz borcu üzrə 163.47 manat, cərimə üzrə 305.01 manat olmaqla ümumilikdə 1651.72 manat və dövlət rüsumu kimi ödənilmiş 37 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın «30» Aprel 2024-cü il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 qızma məxsus 100 manat dəyərində olan çəkisi 1.7 qr olan 585 əyar 1 cüt sırğa və 290 manat dəyərində olan çəkisi 4.8 qr olan 585 əyar 2 ədəd üzük qızıl-zinyət əşayalarma yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayyət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, bildirdi ki, digər cavabdeh onun qızıdır və o, ona zamin durmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 31 % dərəcəsi olmaqla 18 ay müddətinə 1300 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, LD********** saylı kreditvermə arayışından görünür ki, Cavabdeh2 1300 manat məbləğində pulun təqdim etdiyi bank hesabına ödənilməsinə razılıq vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, LD********** saylı saxlanc girovu müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 məxsus olan 1,7 qramlıq, 585 əyarlı 1 ədəd qızıl sırğa və 4,8 qramlıq, 585 əyarlı 2 cüt üzük banka girov qoyulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli HO-130 saylı aktla girov predmeti 390 manat qiymətləndirilmiş və bankın saxlancına verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsindən görünür ki, BOKT "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi zamin Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün cavabdehləri xəbərdar edərək, borcun ödənilməyəcəyi təqdirdə onlarla bağlanmış kredit müqaviləsi ləğv edilərək kredit müqaviləsi üzrə hesablanmış 1183.24 manat (bir min yüz səksən üç manat 24 qəqik) əsas, 73.78 manat (yetmiş üç manat 78 qəpik) faiz, 37.31 manat(otuz yeddi manat 31 qəpik) və cərimə borcu, cəmi 1294.33 manat( bir min ikiyüz doxsan dörd manat 33 qəpik), o cümlədən, digər xərclərin ödənilməsi üçün həmin müqavilə üzrə yüklülüklə təmin edilmiş öhdəliyin təminatı olaraq tərəfinizdən girov qoyulmuş və "xxxx"in sahibliyində olan qızılzinət əşyalarının tərəfimizdən satışı həyata keçiriləcək və ya “Qanun”un 19-cu maddəsində müəyyən olunan qaydalar ilə qızıl-zinət əşyaları "xxxx"in mülkiyyətinə götürüləcəyi izah edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 BOKT "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 1183,24 manat əsas borc, 163,47 manat faiz borcu, 305,01 manat cərimə borcu olmaqla, cəmi 1651,72 manat borcu vardır. İşdə olan mədaxil qəbzlərindən görünür ki, BOKT "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə 34 manat, xx.xx.2025-ci il tarixdə 03 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi girov və zaminlik müqavilələri imzalanıb. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə hesab edir ki, əsas borcunun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək BOKT "xxxx" ASC-yə ödənilməli olan əsas borcu ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Habelə zaminlik müqaviləsi qüvvədə olduğundan əsas borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması hissəsi təmin edilməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı BOKT "xxxx" ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehlərdən hesablanmış faiz və cərimə borcunun tutulmasına dair iddia tələbi qismən əsaslıdır. İş materiallarından görünür ki, cavabdehlərə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdən sonrakı dövr ərzində hesablanmış faizləri və cəriməni tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faiz və cərimə borcunun tutulması hissəsində iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 73,78 manat məbləğində faiz və 37,31 manat cərimə borcu tutulmalıdır. Eyni zamanda məhkəmə iddianın tələbin girov predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli, LD********** saylı saxlanc girovu müqaviləsi ilə BOKT "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən Cavabdeh2 ona məxsus 1,7 qramlıq, 585 əyarlı 1 ədəd qızıl sırğa və 4,8 qramlıq, 585 əyarlı 2 cüt üzüyü bankın saxlancına vermiş, bu əmlaklar Bank qarşısında girov olaraq yüklü edilmişdir. Həmin girov müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, borclu Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır və buna görə də BOKT "xxxx" ASC-nin girov saxlayan kimi borcun mübahisə predmeti olan qızıl-zinət əşyasına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlakdan əldə edilmiş vəsait hesabına ödənilməsi, bu vəsait kifayət etmədikdə isə borcun ümumi qaydada tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 BOKT "xxxx" ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 1183,24 manat əsas borc, 73,78 manat faiz borcu, 37,31 manat cərimə borcu olmaqla, cəmi 1294,33 manat pul tutulmalı, tutma Cavabdeh2 məxsus girov qoyulmuş 1,7 qramlıq, 585 əyarlı 1 ədəd qızıl sırğa və 4,8 qramlıq, 585 əyarlı 2 cüt üzüyə yönəldilməli, bu əmlaklar açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borc ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borc cavabdehlərdən ümumi qaydada tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzlərindən müəyyən edilir ki, BOKT "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə ümumilikdə 37 manat pul ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 32,95 manatı Cavabdeh2 və Cavabdeh1 tutularaq BOKT "xxxx" ASC-yə qaytarılmalı, ödənilmiş dövlət rüsumunun 4,05 manatı iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada BOKT "xxxx" ASC-nin xeyrinə 1183,24 manat əsas borc, 73,78 manat faiz borcu, 37,31 manat cərimə borcu olmaqla, cəmi 1294,33 manat və dövlət rüsumunun əvəzi kimi 32,95 manat pul tutulsun. Tutma Cavabdeh2 məxsus olan və banka girov qoyulmuş ,7 qramlıq, 585 əyarlı 1 ədəd qızıl sırğa və 4,8 qramlıq, 585 əyarlı 2 cüt üzüyə yönəldilsin, bu əmlak açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına cavabdehlərin BOKT "xxxx" ASC-yə olan borcunun ödənilməsi təmin edilsin. Əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq BOKT "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4,05 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar