Məhkəmə qərarları › İş №2(047)-46/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-46/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-46/2024 22.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh və üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və üçüncü şəxs X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onun əsaslandırmışdır ki, Mersedes Benz E 320 minik markalı, sedan tipli, **-NX-*** dövlət qeydiyyat nişanlı maşın onun şəxsi mülkiyyətindədir. Bu barədə təsdiqedici, yəni hüquq müəyyənedici sənəd Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş və onun adına olan **-NX-*** nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi vardır. Sözügedən maşınını xx.xx.2023-cü il tarixli 551333 reyestr nömrəli notariat təsdiqli etibarnamə əsasında və yalnız idarə etmək səlahiyyəti ilə Bərdə rayonu Tumaslı kənd sakini X4 vermişdir. Etibarnamə 1 il 3 ay müddətinə etibarlıdır, yəni xx.xx.2024-cü il tarixədək qüvvədədir. Etibar etdiyi avtomobili X5 04 may 2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisindən keçən magistral asvalt-beton örtüklü yolda idarə edərkən həmin yolun hərəkət hissəsi ilə 40-dək qoyundan ibarət sürünü ötürən Cavabdeh qoyunlarının təhlükəsiz və nəzarət altında ötürülməsini təmin edə bilmədiyindən qoyunlardan biri ayrılaraq geridə yol kənarındakı kolluqda qalmış, daha sonra kolluqdan qəfil çıxıb sürünün ardınca yolun hərəkət hissəsi ilə qaçarkən Şamir Əliyev maşının hərəkətini dayandıra bilməmiş və maşın qoyunu vuraraq öldürmüşdür. Həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar Bərdə Rayon Polis X7 Polisi Bölməsi tərəfindən inzibati icraat formasında araşdırma aparılmış, araşdırma zamanı yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inızibati xətalarla bağlı inzibati xəta haqqında AP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş, izahatlar alınmış, maşınına vurulmuş maddi zərərin həcminin mütəxəssis rəyinə əsasən 2650 manat olduğu müəyyənləşdirilmiş və baş verən yol-nəqliyyat hadisəsində Cavabdeh təqsiri sübuta yetirilmişdir. Odur ki, Bərdə RPŞ-nin DYP bölməsinin baş inspektoru, polis kapitanı Valeh Mustafayevin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə də, Cavabdeh təqsiri inzibati qaydada sübuta yetirilmişdir. Buna baxmayaraq Cavabdeh təqsirli hərəkəti nəticəsində onun əmlakına vurduğu maddi zərərin əvəzi olan 2650 manatı könüllü olaraq ödəməkdən yayınır və ödəmək istəmir. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh 2650 manat məbləğində dəymiş zərərin, avtomobilinə vurulmuş ziyan barədə mütəxəssis rəyi alınması üçün ödədiyi 50 manat və iş üzrə ödənilmiş 47 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, X5 maşını 04 may 2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisindən keçən magistral asvalt-beton örtüklü yolda idarə edərkən həmin yolun hərəkət hissəsi ilə dostuna məxsus 40-dək qoyundan ibarət sürünü ötürərkən biri ayrılaraq geridə yol kənarındakı kolluqda qalmış, daha sonra kolluqdan qəfil çıxıb sürünün ardınca yolun hərəkət hissəsi ilə qaçarkən Şamir Əliyev maşının hərəkətini dayandıra bilməmiş və maşın qoyunu vuraraq öldürmüşdür. Lakin o, belə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə onun avtomobilinə ziyan dəyməmiş, həmçinin həmin avtomobilə dəymiş ziyanda onun təqsiri də mövcud deyildir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək izahatında göstərdi ki, X5 maşını 04 may 2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisindən keçən magistral asvalt-beton örtüklü yolda idarə edərkən həmin yolun hərəkət hissəsi ilə 40-dək qoyundan ibarət sürünü ötürən Cavabdeh qoyunlarının təhlükəsiz və nəzarət altında ötürülməsini təmin edə bilmədiyindən qoyunlardan biri ayrılaraq geridə yol kənarındakı kolluqda qalmış, daha sonra kolluqdan qəfil çıxıb sürünün ardınca yolun hərəkət hissəsi ilə qaçarkən Şamir Əliyev maşının hərəkətini dayandıra bilməmiş və maşın qoyunu vuraraq öldürmüşdür. Odur ki, o, belə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə onun avtomobilinə ziyan dəymişdir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə üçüncü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsasən işə üçüncü şəxs X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BA 274335 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki, “Mersedes Benz E320” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmış və nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2024-cü il tarixədək X4 verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon PŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş X2 tərəfindən verilmiş ilkin qiymətləndirmə aktından görünür ki, İddiaçı istifadəsində olan “Mersedes Benz 320” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 2650 manat həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı istifadəsində olan “Mersedes Benz 320” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə texniki xəsarət yetirilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8862 saylı rəyindən görünür ki, “Mersedes Benz 320” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə1880 manat olması müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan Mersedes Benz E 320 minik markalı, sedan tipli, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən 04 may 2023-cü il tarixdə saat 17:00 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisindən keçən magistral asvalt-beton örtüklü yolda idarə edilərkən həmin yolun hərəkət hissəsi ilə 40-dək qoyundan ibarət sürünü ötürən Cavabdeh qoyunların təhlükəsiz və nəzarət altında ötürülməsini təmin edə bilmədiyindən qoyunlardan biri ayrılaraq geridə yol kənarındakı kolluqda qalmış, daha sonra kolluqdan qəfil çıxıb sürünün ardınca yolun hərəkət hissəsi ilə qaçarkən Şamir Əliyev avtomobilin hərəkətini dayandıra bilməmiş və həmin avtomobil qoyunu vuraraq öldürmüşdür. Bununla əlaqədar olaraq Bərdə rayon PŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən cavabdehdən dəymiş ziyanın ödənilməsi tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə müraciət edilərək dəymiş 2650 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş üzrə obyektiv rəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək rəy almış və həmin rəyə əsasən “Mersedes Benz 320” minik markalı **-NX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin məbləğinin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə1880 manat olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də müəyyən olunur ki, Cavabdehnın mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 1880 manat məbləğində ziyan dəymişdir. Ona görə də məhkəmə ekspert rəyi ilə də razılaşaraq belə hesab edir ki, Cavabdeh 1880 manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Odur ki, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 47 manat dövlət rusumunun 39 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 08 manatı isə iddiaçının hesabına aid edilməli, eyni zamanda avtomobilə vurulmuş ziyan barədə mütəxəssis rəyinin alınması üçün iddiaçının ödədiyi 50 manat məbləğin 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı və digər qismi, yəni 20 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni Cavabdeh 1880 (bir min səkkiz yüz səksən) manat məbləğində dəymiş ziyan, mütəxəssis rəyinin alınması üçün ödənilən 30 (otuz) manat, eyni zamanda 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 08 (səkkiz) manatı, həmçinin mütəxəssis rəyinin alınması üçün ödənilən 20 (iyirmi) manat iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8862 saylı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 30 manatı Cavabdeh 20 manatı isə İddiaçı alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000000 **********1, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1880 (bir min səkkiz yüz səksən) manat məbləğində dəymiş ziyan, mütəxəssis rəyinin alınması üçün ödənilən 30 (otuz) manat, eyni zamanda 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 08 (səkkiz) manatı, həmçinin mütəxəssis rəyinin alınması üçün ödənilən 20 (iyirmi) manat iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8862 saylı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 30 manatı Cavabdeh 20 manatı isə İddiaçı alınaraq alınıb Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE000000000 **********1, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ********************, SFİFT Bik CTREAZ22 saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar