Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-465/2023 03.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMM QBKT Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, **********0366 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 01 faizlə 60 ay müddətinə 3537,10 manat, xx.xx.2019-cu il tarixli, **********0379 saylı kredit müqaviləsinə əsasən illik 01 faizlə 60 ay müddətinə 1960,83 manat kreditlər verilmişdir. xx.xx.2019-cu il tarixli, **********0366 saylı və xx.xx.2019-cu il tarixli, **********0379 saylı kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" MMM QBKT arasında zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu Cavabdeh1 müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh1 xx.xx.2019-cu il tarixli, **********0366 saylı kredit müqaviləsi üzrə banka 3536,05 manat əsas, 70,71 manat faiz və xx.xx.2019-cu il tarixli, **********0379 saylı kredit müqaviləsi üzrə isə banka 1917,19 manat əsas, 34,38 manat faiz borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0366 saylı kredit müqaviləsi üzrə 3536,05 manat əsas, 70,71 manat faiz, cəmi 3606,76 manat və xx.xx.2019-cu il tarixli, **********0379 saylı kredit müqaviləsi üzrə isə 1917,19 manat əsas, 34,38 manat faiz, cəmi 1951,57 manat borcun və ödənilmiş 75,60 manat dövlət rüsumunun tutulub "xxxx" MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********0366 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 3537,10 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0366 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********0379 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 1960,83 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0379 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh2 zamin durmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehlərin xx.xx.2023-cü il tarixə **********0366 saylı güzəştli kredit müqaviləsi üzrə 3536,05 manat əsas, 70,71 manat faiz, cəmi 3606,76 manat və xx.xx.2019-cu il tarixli, **********0379 saylı güzəştli kredit müqaviləsi üzrə isə 1917,19 manat əsas, 34,38 manat faiz, cəmi 1951,57 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Finca Azerbaijan» MMM QBKT tərəfindən xx.xx.2019-cu il tarixli, **********0366 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 1 faizlə 60 ay müddətinə 3537,10 manat, xx.xx.2019-cu il tarixli, **********0379 saylı digər bir güzəştli kredit müqaviləsinə əsasən illik 1 faizlə 60 ay müddətinə 1960,83 manat kredit verilmişdir. Hər iki müqavilənin təminatı olaraq Cavabdeh2 ilə "xxxx" MMM QBKT arasında zaminlik müqavilələri bağlanmış, bununla da zaminlik müqavilələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh1 MMMQBKT-na iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli, **********0366 saylı kredit müqaviləsi üzrə 3536,05 manat əsas, 70,71 manat faiz, cəmi 3606,76 manat və xx.xx.2019-cu il tarixli, **********0379 saylı kredit müqaviləsi üzrə 1917,19 manat əsas, 34,38 manat faiz, cəmi 1951,57 manat məbləğində borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 75,60 manat dövlət rusumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0366 saylı kredit müqaviləsi üzrə 3536,05 manat əsas, 70,71 manat faiz, cəmi 3606,76 manat və xx.xx.2019-cu il tarixli, **********0379 saylı kredit müqaviləsi üzrə 1917,19 manat əsas, 34,38 manat faiz, cəmi 1951,57 manat məbləğində borc və 75,60 (yetmiş beş manat altmış qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********0366 saylı kredit müqaviləsi üzrə 3536,05 manat əsas, 70,71 manat faiz, cəmi 3606,76 manat və xx.xx.2019-cu il tarixli, **********0379 saylı kredit müqaviləsi üzrə isə 1917,19 manat əsas, 34,38 manat faiz, cəmi 1951,57 manat, ümumilikdə 5558,33 (beş min beş yüz əlli səkkiz manat otuz üç qəpik) manat borc pul və 75,60 (yetmiş beş manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMM QBKT-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-465/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-465/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver