Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-481/2025 11.06.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi «X3» markalı **-CO- *** dövlət qeydiyyat nişanlı avtomobillə, avtomobildə olan dostları Abdul Əliabbasov və Rahid Vəliyevlə birlikdə xx.xx.2024-cii il tarixdə saat 16 radələrində Kürdəmir rayonunun Ərəbxana kəndindən çıxıb Kürdəmir-Zərdab yolu ilə Kürdəmir şəhəri istiqamətində yola düşmüş, həmin vaxt Zərdab rayonu istiqamətində Cavabdeh idarə etdiyi «Opel markalı» **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə yolda sağa olan döngəni kəsə bilmədiyindən onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobillə toqquşmuş, toqquşma nəticəsində onun idarə etdiyi atomobil yolun sol tərəfində olan küveytə düşərək yararsız vəziyyətə düşməklə idarə etdiyi avtomobilə 7900 məbləğində maddi ziyan dəymiş, özü də alın nahiyəsinin orta hissəsindən, başının sağ yan hissəsindən, sol saidin iç səthindən, sol baldırın ön səthində sıyrıqlar, sağ dizin ön səthindən, sol saidin iç səthində qançırlar kimi xəsarətlər almış və müalicə olunmuşdur. Baş vermiş hadisə ilə əlaqədar hadisə yernə gələn Kürdəmir RPŞ-nin DYPŞ-nin əməkdaşları cavabdehin barəsində yol hərəkəti qaydalarının pozulması ilə bağlı İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialı baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərmiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-6/2025 nömrəli qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 300 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ona küllü miqdarda maddi ziyan vurulmuşdur. Qeyd edir ki, sığorta şirkəti vurulmuş ziyanın 5000 manatının ödənilməsini öz öhdəsinə götürmüş və bununla bağlı müvafiq qərar qəbul etmişdir. Lakin yerdə qalan 2900 manat cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq o, təmir xərcini ödəməkdən imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 2900 manat məbləğində dəymiş zərərin və iş üzrə ödənilmiş 49 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, maddi imkanı zəif olduğu üçün həmin məbləği ödəməyə imkanının olmamasını, özünün heç bir yerdə işləməməsini və başqa gəlirinin olmamasını, üç övladının tələbə olmasını və onların təlabatını güclə ödədiyini nəzərə alaraq ona köməkdarlıq edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Kürdəmir Rayon Məhkəməsinin 3(041)-6/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan “X3” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 7900 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı istifadəsində olan “X3” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləğindən 5000 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Cavabdeh idarə etdiyi «Opel Astra» markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Kürdəmir-Zərdab yolu ilə üzü Zərdab rayonu istiqamətində hərəkətdə olarkən İddiaçı idarə etdiyi “X3” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Bununla əlaqədar olaraq Kürdəmir Rayon Məhkəməsinin 3(041)-06/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən «Opel Astra» minik markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra İddiaçı istifadəsində olan “X3” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği "xxxx" ASC tərəfindən ümumilikdə 7900 manat həcmində müəyyən edilərək dəymiş ziyan məbləğindən 5000 manat sığorta ödənişi İddiaçı ödənilmiş, lakin qalan 2900 manat məbləğ iddiaçı tərəfindən cavabdehdən tələb edilsə də cavabdeh bundan imtina etmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə qarşı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edilərək dəymiş 2900 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi xahiş edilmişdir. Eyni zamanda məhkəmə hazırlıq iclasında Cavabdeh İddiaçı tərəfindən tələb edilən 2900 manat həcmində dəymiş ziyan məbləğini qəbul edərək iddia tələbinin təmin edilməsini xahiş etdiyini, lakin həmin məbləği ödəməyə imkanının olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən də müəyyən olunur ki, Cavabdeh mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya 2900 manat məbləğində ziyan dəymişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Cavabdeh 2900 manat dəymiş ziyanın alınıb İddiaçı verilməsi tam qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 2900 manat dəymiş ziyan və 49 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində dəymiş ziyan və 49 (qırx doqquz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-481/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-481/2025
11.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver